100 mindən çox erməni sakinin Qarabağı tərk etdiyi bildirilir
Ermənistan hökumətinin sentyabrın 30-na verdiyi məlumata əsasən, Qarabağdan Ermənistana gələn erməni sakinlərin sayı 100,417 nəfər təşkil edib. Kütləvi köç Azərbaycanın Qarabağda keçirdiyi 24 saatlıq hərbi əməliyyat həticəsində separatçı qüvvələrin təslim olmasından bir neçə gün sonra başladı.
1
Erməni sakinlərin Qarabağı kütləvi şəkildə tərk etməyə başladığı ilk axşam. (24 sentyabr, 2023)
2
Qarabağı tərk etməyə hazırlaşan erməni sakinlər Xankəndi mərkəzində avtobuslar gözləyir. (25 sentyabr, 2023)
3
Ermənistanla sərhədə doğru hərəkət edən erməni sakinlərinin idarə etdikləri avtomobillər yolda tıxac yaradıb. (25 sentyabr, 2023)
4
Maxar Technologies peyk vasitəsilə Laçın yolu üzrə hərəkət edən erməni sakinlərin avtomobillərinin fotosunu çəkib. (26 sentyabr, 2023)