Accessibility links

Şirin Ebadi: Nərgiz Məhəmmədiyə verilən Nobel mükafatı dünyanın diqqətini İrandakı hüquq pozuntularına yönəldəcək


Amerikanın Səsinin Fars xidmətinə müsahibəsində Nobel mükafatı laureatı və tanınmış insan haqları müdafiəçisi Şirin Ebadi cümə günü Nobel sülh mükafatı ilə təltif edilmiş Nərgiz Məhəmmədini və oun timsalında “bütün iranlı qadınları” təbrik edib.

“O, insan haqlarının müdafiəsinin vacibliyinə inanan çox mətin və fəal adamdır,” Ebadi Amerikanın Səsinə deyib.

Ebadinin sözlərinə görə, belə bir prestijli mükafat almaq laureata dünya boyu insanlara mesajını çatdırmaq üçün güclü səs və geniş platforma verir.

“Bunun ən mühüm təsiri o olacaq ki, dünyanın diqqətini İranda insan haqlarının bərbad durumuna, ələlxüsus qadınlara qarşı diskriminasiyaya yönəldəcək,” Ebadi deyib.

İranda İnsan Haqları Müdafiəçiləri Mərkəzinin banisi olan Ebadi ümid etdiyini bildirib ki, Nobel mükaftı almasının ardınca Nərgiz Məhəmmədi və bütün siyasi məhbuslar İran hökuməti tərəfindən azad olunacaq.

“Mən arzu edirəm ki, bütün siyasi məhbuslar buraxılsın, ancaq bu, bütün məhbusları azad edəcək bir rejim deyil,” o, əlavə edib.

Ebadi özünün və alə üzvlərinin iran hökuməti tərəfindən sərt təqiblərə məruz qaldığını vurğulayaraq İranda haqalrı pozulan insanların səsinin çatdırılması işinin əhəmiyyətindən danışıb:

“Bütün dünya İranda qadınların pz haqları və kimlikləri uörunda necə mübarizə apardığını və bunun üçün nə cür bədəl ödədiklərini müşahidə edir.”

Həbsdə olan iranlı fəal Nərgiz Məhəmmədi qadın hüquqları və demokratiya uğrunda, eləcə də ölüm cəzasına qarşı yorulmaz mübarizəsinə görə cümə günü Nobel Sülh Mükafatına layıq görülüb. BMT Baş Katibi Antonio Quterreş yaydığı bəyanatda Məhəmmədiyə Nobel mükafatı verilməsini qadın haqları uörunda mübarizəyə qarşı müqavimətin nə dərəcədə güclü olmasına işarə kimi dəyərləndirib.

51 yaşlı Məhəmmədi İran hakimiyyəti tərəfindən çoxsaylı həbslərə və illərini dəmir barmaqlıqlar arxasında keçirməsinə baxmayaraq, fəallığını davam etdirib.

Forum

XS
SM
MD
LG