Accessibility links

Həmasın hücumundan sonra İsrail baş naziri ölkəsinin müharibədə olduğunu deyir


Qəzzadan İsrailə raket hücumları başlanıb
Qəzzadan İsrailə raket hücumları başlanıb

“Biz müharibədəyik,” deyə İsail baş naziri Benyamin Netanyahu İsrail xalqına müraciətində bildirib. Bəyanat Həmas militantlarının Qəzza Zolağında hücuma başlamasından sonra verilib.

Şənbə günü sübh saatlarında Həmas silahlıları İsrailə bir neçə cəbhədə hücuma keçiblər.

İsrail rəsmiləri baş verənlər nəticəsində azı 40 adamın həlak olduğunu, 800 adamın yaralandığını bildirir.

Netanyahu ehtiyatda olan hərbçiləri xidmətə çağıraraq Həmasın "indiyədək heç vaxt ödəmədiyi bədəl” ödəyəcəyini bəyan edib.

“Biz müharibədəyik,” Netanyahu deyib. “'Əməliyyat' yox, 'raund' yox, müharibə!”

Baş nazir həmçinin hərbi qüvvələrə Həmas militantlarının daxil olduğu yaşayış məntəqələrini təmizləməyə göstəriş verib. Son saatlarədək bu ərazilərdə qızğın döyüşlər getdiyi bildirilir.

Şənbə günü Həmas İsrailə minlərlə raket atmış və güclü qorunan sərhədə onlarla döyüşçü göndərmişdir. Bayram vaxtı Hamasın qəfil qüvvə nümayişi İsrail üçün sürpriz olub.

Simçat Toraha ciddi hücum 50 il bundan öncə 1973-cü ildə İsrail düşmənlərinin Yom Kippurda sürpriz hücumu barədə xatirələri canlandırıb.

İsrail tarixinin ən travmatik məqamları ilə müqayisə Qəzzadan qaynaqlanan təhlükələrə qarşı aqressiv mübarizəni siyasi kampaniya platformasına çevirmiş baş nazir Benyamin Netanyahu və onun ultra-sağçı müttəfiqlərini tənqid atəşinə tuş gətirib.

Siyasi şərhçiləri hökumətin Həmas hücumlarına hazırsızlığını, bunun planlaşdırılmasını və koordinasiyasını nəzərdən qaçırdığına diqqət çəkiblər.

İsrailin xilasetmə xidməti bildirib ki, tibb işçiləri İsrailin cənubunda 16 nəfərin öldüyünü və ya yaralandığını xəbər verir.

Hər iki tərəfdə daha çox tələfatların olduğuna dair məlumatlar olsa da, rəsmilər dərhal detalları paylaşmayıb. İsrail mətbuatı bildirir ki, İsrailin cənubunda onlarla insan xəstəxanalara yerləşdirilib. Qəzzada Fələstin Səhiyyə Nazirliyi “bir çox vətəndaş” arasında xəsarətlərin olduğunu bildirib, amma rəqəm paylaşmayıb.

İsrail ordusu Tel Əvivdən Qüdsə qədər bir çox yerlərdə hava hücumu ilə bağlı xəbərdarlıq edən sirenaların işə düşməsinə səbəb olan 2000-dən çox raketə cavab olaraq Qəzzada hədəflərə zərbələr endirib. Ordu qüvvələrinin ən azından yeddi yerdən İsrailə daxil olan Həmas militantları ilə atışmadadır. Ordunun bildirdiyinə görə, döyüşçülər hasardan gizlicə keçiblər və hətta İsrailə paraplanlarla havadan daxil olublar.

Həmasın hücuma keçməyinə konkret səbəbin nə olduğu bilinmir, hərçənd ki, son həftələrdə Qəzza Zolağı ilə sərhəd zonada gərginliklər artan xətt üzrə davam edib.

Həmasın hərbi qanadının rəhbəri Məhəmməd Deif "Əl-Aqsa Tufanı" adlı əməliyyatın başlandığını elan edib.

"Yetər artıq!" deyə o, Qüdsün şərqində yaşayan fələstinliləri də mübarizəyə qoşulmağa çağırıb. "Bu gün insanlar öz inqilablarını qaytarırlar."

Televiziya ilə xalqa müraciətində İsrailin müdafiə naziri Yoav Qallant xəbərdarlıq edib ki, Həmas "ağır səhvə" yol verib və vəd edib ki, "İsrail qüvvələri bu müharibəni udacaq".

Hücum İsrail daxilində Netanyahunun məhkəmə sistemində əsaslı şəkildə dəyişiklik etmək təklifi ilə bağlı tarixi fikir ayrılığının olduğu bir vaxta təsadüf edir. Bu plana kütləvi etirazlar səbəbilə yüz minlərlə israilli nümayişçi küçərələ axışıb.

Döyüşçülərin İsrailin cənubuna daxil olması və eskalasiya Həmas tərəfindən böyük uğur olaraq görülür. Milyonlarla insan sığınacaqlarda gizlənir. .

Ordu Qəzzə yaxınlığında yolları bağladığı bir vaxt, şəhər və qəsəbələr boşalıb. Ordu Pələstin yaxınlığıındakı sakinlərə evlərində qalmalarına göstəriş verib. İsrailin xialsetmə xidməti ictaimaiyyəti qan ianə etməyə çağırıb.

Forum

XS
SM
MD
LG