Accessibility links

Zelenski: Dünyanın istənilən yerində terror və ölüm gətirən hər kəs ədalət qarşısında cavab verməlidir


Ukraynanın Xarkiv şəhəri yaxınlığındakı Qroza kəndində Rusiyanın raket hücumu nəticəsində həlak olan insanların dəfn mərasimi, 7 oktyabr 2023.
Ukraynanın Xarkiv şəhəri yaxınlığındakı Qroza kəndində Rusiyanın raket hücumu nəticəsində həlak olan insanların dəfn mərasimi, 7 oktyabr 2023.

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü gündəlik müraciətində ukraynalıların İsraildə baş verənlərə “xüsusən həssas” olduqlarını bildirib. “Səmada minlərlə raket atıldı... insanlar küçələrdə öldürüldü... Mülki insanların olduğu avtomobillər dəlik-dəlik oldu”, Zelenski deyib.

“Bizim mövqeyimiz tamamilə aydındır: dünyanın istənilən yerində terror və ölüm gətirən hər kəs ədalət qarşısında cavab verməlidir”, Zelenski bildirib.

Bu arada vilayət qubernatorunun şənbə günü bildiridiyinə görə, Ukraynanın Xerson vilayətində Rusiyanın hücumu nəticəsində yaralanan onlarla insan arasında 27 yaşlı qadın və uşaq da var.

Birləşmiş Millətlər Təşkilatının müstəntiqləri Rusiyanın bu həftə kafedə ölən əsgər üçün keçirilən mərasim zamanı 52 nəfərin raket hücumu nəticəsində öldüyü Ukraynanın Qroza kəndindədir.

İstintaq qrupunun rəhbərinin açıqladığı bəyanatda bildirilir: “Yerli sakinlər və sağ qalanlarla ilkin söhbətlərim göstərdi ki, öldürülənlərin demək olar ki, hamısı mülki şəxslərdir və hədəfin kənddə məşğul kafe və mağazanın olması da bunun açıq-aşkar mülki şəxslər olduğunu göstərir”.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu şənbə günü yeni qitələrarası ballistik nüvə raket sisteminin demək olar döyüşə hazır olduğunu bildirib. Şoyqu bu açıqlamanı Rusiyanın ən qabaqcıl silahlarından biri olan Sarmat raketlərinin istehsalını yoxladıqdan sonra bildirib.

“Rusiyanın yerüstü strateji nüvə qüvvələrinin əsasına çevriləcək bu sistemlə Strateji Raket Qüvvələrinin yenidən təchiz edilməsi ölkənin müdafiə qabiliyyətinin təmin edilməsində prioritetdir”, Şoyqu bildirib.

Onun açıqlamaları Rusiyanın Ukraynada müharibə ilə bağlı Qərblə qarşıdurmasında artan nüvə ritorikasını əks etdirir.

NATO-nun hərbi müttəfiqləri tərəfindən “Şeytan” kod adı ilə tanınan Sarmat raketlərinin ilkin buraxılış mərhələsinin qısa olduğu və bunun müşahidə sistemlərinə onların uçuşunu izləmək üçün az vaxt verdiyi bildririlir.

Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin cümə günü bildirib ki, qanunvericilər qlobal nüvə sınaqlarına qadağa qoyulan Nüvə Sınaqlarının Hərtərəfəli Qadağan edilməsi Müqaviləsinin ratifikasiyasını ləğv edib-etməmək məsələsini yenidən nəzərdən keçirəcəklər.

Volodinin bəyanatı Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın onu ratifikasiya etmədiyi üçün Moskvanın beynəlxalq paktın ratifikasiyasını ləğv etməyi nəzərdən keçirə biləcəyi barədə xəbərdarlıq etməsindən sonra verilib.

Dünyanın istənilən yerində “hər hansı nüvə silahının sınaq partlayışı və ya hər hansı digər nüvə partlayışını” qadağan edən 1996-cı il müqaviləsi 187 ölkə tərəfindən imzalanıb, lakin ABŞ da daxil olmaqla səkkiz ölkə tərəfindən ratifikasiya olunmayıb.

Birləşmiş Ştatlar müqaviləni ratifikasiya etməyib, lakin 1992-ci ildən bəri nüvə silahı sınaqları ilə bağlı moratorium saxlayıb və o, buna əməl etməyə davam edəcəyini bildirib.

Rusiyanın Qərbi Ukraynaya hərbi dəstək verməyə davam etməkdən çəkindirmək üçün nüvə sınaqlarını bərpa etməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Forum

XS
SM
MD
LG