Accessibility links

İsrail səfiri: Azərbaycan xalqı, siz bizim qəlbimizə toxundunuz, sağ olun!


Bakıdakı İsrail səfirliyinin önü (9 oktyabr, 2023)
Bakıdakı İsrail səfirliyinin önü (9 oktyabr, 2023)

"İsrail xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxundunuz, sağ olun!"

Bu barədə İsrailin Bakıdakı səfiri Corc Dik son günlər bu ölkədə baş verən hadisələrə Azərbaycanda münasibətlə bağlı açıqlamasında bildirib.

“Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, e-poçt, votsap və zəng aldığımızı saymağı dayandırdım. Səfirliyin darvazası önünə gül dəstələrinin düzülməsi isə doğrudan da ürəkaçandır", səfir bildirib.

Səfir açıqlamada oktyabrın 7-nin Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacağı qeyd olunub.

“HƏMAS terrorçuları İsrail vətəndaşlarını öldürmək, qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərə hücum edərək gözlənilməz müharibəyə başlayıb. Baş verən hadisələr nəticəsində 700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb. Hücumun vaxtı sürpriz olsa da, qəddarlıq sürpriz deyildi”.

Səfir hesab edir ki, İsrail bu dəfə də Yaxın Şərq reallığını dəyişəcək.

“Qan vermək üçün gözləyən yüzlərlə israilli var. Yüzlərlə israilli ehtiyac anlarında Cənubda yaşayan xalqına kömək etmək üçün könüllü olaraq çalışır. Orduya qoşulmaq və ədalət uğrunda döyüşmək üçün dünyanın hər yerindən geri uçan insanlar var. Biz öz ailəsini, torpağını qoruyacaq şir millətiyik. Biz qərarlıyıq, biz birik və biz qalib gələcəyik”, səfir söyləyib.

Forum

XS
SM
MD
LG