Accessibility links

Taleh Kazımov: Bu ilin sonuna illik inflyasiyanın 6 % civarında olacağı proqnozlaşdırılır


 İnflation
İnflation

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna illik inflyasiyanın 6 % civarında olacağını proqnozlaşdırır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

“Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108 % təşkil edib. Yəni əmtəə və xidmətlər 8 % bahalaşıb. Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6 % civarında olacaq. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir"- deyə, o qeyd edib.

O deyib ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsindəki kəskin dəyişikliklərin yerli valyuta bazarına, milli valyutanın - manatın məzənnəsinə birbaşa təsiri yoxdur.

Azərbaycanın müstəqil iqtisadçıları bu göstəricinin daha böyük olduğunu deyirlər. Onlar hesab edir ki, ölkədə inflyasiyanın bir rəqəmli səviyyəyə endirmək üçün bazar iqtisadiyyatına keçid sürətləndirilməli, rəqabətlilik yaradılmalıdır.

İqtisadçı Fərid Mehralızadə Amerikanın Səsinə müsahibəsində bildirib ki, hazırda hökümətin inflyasiyanı cilovlaması ilə bağlı ata biləcəyi addımlar büdcədən daha çox vergi siyasəti ilə bağlı ola bilər.

“Məsələn ƏDV-dən azad edilmə, gömrük rüsumlarının bir müddət ən azı dayandırılması, bazarda rəqabət imkanlarının yaradılması ölkədə qiymətlərin səviyyəsinin normallaşdırılmasına daha çox təsir edə bilər”, o bildirib.

İqtisadçının sözlərinə görə, son illərdə Azərbaycanda ərzaq inflyasiyası yüksək olub.

Forum

XS
SM
MD
LG