Accessibility links

ABŞ Nümayəndələr Palatasında Respublikaçılar Stiv Skalizi spikerliyə namizəd seçdilər


ABŞ Nümayəndələr Palatasında partiyadaxili səsvermədə Respublikaçılar çoxluq lideri Stiv Skalizi spikerliyə namizəd seçib. Səsvermə iki saat bağlı qapılar arxasında keçirilən məşvərətin ardınca baş tutub.

Gizli səsvermədə Skaliz 113 səs toplayıb. Palatanın Ədliyyə Komitəsinin sədri Cim Cordan isə 99 səs qazanıb.

Səsvermə sabiq spiker Kevin Makkarti misli görünməmiş gedişatla spikerlikdən uzaqlaşdırıldıqdan sonraya təsadüf edir.

3 oktaybrda səkkiz Respublikaçı Demokratlara qoşularaq onu vəzifədən uzaqlaşdırmasına müyəssər olmuşdu.

ABŞ tarixində ilk dəfə idi Nümayəndələr Palatasının spikeri səsvermə yolu ilə vəzifədən kənarlaşdırılmışdı.

Skaliz spiker seçilmək üçün hələ ki, kifayət qədər dəstəyə malik deyil və onunla Cim Cordan arasında rəqabətin necə nəticələnəcəyi sual olaraq qalır.

Spiker olmaq üçün Skaliz Nümayəndələr Palatasındakı ümumi səsvermədə 217 səs toplamalıdır.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG