Accessibility links

İsrail-HƏMAS böhranı dərinləşdiyi bir vaxtda Rusiya ərəb liderləri ilə danışıqlar aparır


İsrail-HƏMAS böhranı dərinləşdiyi bir vaxtda Rusiya ərəb liderləri ilə danışıqlar aparır
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Rusiya İsraillə Həmas arasında hərbi əməliyyatlar başlayandan bəri böyük ölçüdə səssiz qalıb, ancaq Kreml bu həftə İsrail, Həmas və İranla münasibətlərini və rolunu nəzərdən keçirdiyinə işlarə edib. Rusiya rəsmiləri dəqiq tarix vermədən Fələstinli prezident Mahmud Abbasın yaxında Moskvaya səfər edəcəyini açıqlayıblar.

Həmas militantları İsrailə hücum edəndən iki gün sonra Ərəb Liqasının baş katibi Moskvada Rusiya xarici işlər naziri Sergey Lavorvla görüşüb. Lavrov Rusiyanın israillilərlə fələstinlilər arasında davamlı sülhün formulasını təkrarlayıb.

“Fələstin probleminin tək bir həll yolu var, bu da BMT-nin qəbul etdiyi həll yoludur. İki dövlət: Israil və Fələstin,” o deyib.

Rusiya uzun zamandır İsrail və İordan çayının qərb sahili və Qəzza zolağının mübarizə aparan fələstinli liderləri ilə münasibətlərində incə balası qorumağa çalışır.

Buna İranın dəstəklədiyi HƏMAS liderləri daxildir ki, Rusiya xarici işlər naziri, bunun israillilərlə münasibətləri gərginləşdirəcəyini bildiyi halda, 2022-ci ilin sentyabrında Moskvada onlarla görüşüb.

Rusiyanın İsraillə HƏMAS arasında son döyüşlərlə bağlı səssizliyini pozan Prezident Vladimir Putin hazırkı qırğına görə Vaşinqtonu günahlandırıb.

“Bu, həll yolunu monopoliyaya almağa çalışan, amms təəssüf ki, hər iki tərəf üçün məqbul olan kompromislər tapmaqda maraqlı olmayan Birləşmiş Ştaltarın Yaxın Şərq siyasətininin uğursuzluğunun bariz nümunəsidir,” o deyib.

ABŞ rəsmiləri çərşənbə axşamı Putinin sözlərinə cavab verməyiblər.

Müşahidəçilər deyir ki, Rusiya ABŞ-ı tənqid etməkdən əlavə, Yaxın Şərqdə nüfuzunu artırmaq üçün fürsət axtarır.

“Rusiyanın İsraillə daha möhkəm əlaqələri var. Unutmayaq ki, İsrailin Ukraynadakı müharibə ilə bağlı mövqeyi də Qərbdə bir növ tənqidlərə səbəb olub. Digər tərəfdən isə Rusiyanın HƏMAS-a uzun zamandır çıxışı və əlaqələri var, amma məncə bu, tərəfdaşlıq öhdəliyindən daha çox rahatlıq öhdəliyidir,” Chatham House-dan Qalip Dalay bildirir.

Ancaq Kreml üçün ən problematik amil HƏMAS və Livanda Hizbullahın ən böyük dəstəkçisi, habelə Moskvann prioritet tərəfaşlarından biri olan İrandır.

“Rusiyanın cəlb olunması onu göstərir ki, Yaxın Şərqdəki münaqişə saysız-hesabsız fəsadları ola biləcək Üçüncü Dünya Müharibəsinə çevrilmək təhlükəsi altındadır. Bu vəziyyətdə Moskva, şübhəsiz ki, belə bir risk almaz. İran çox böyük risk alır. Məncə bu, Hizbullah, yəni İranın proksisi müdaxilə etdiyi halda (nəzərə alınacaq) ssenarilərdən biridir: Şimala hücum,” siyasi təhlilçi Arkadi Dubnov deyir.

Moskvanın Ukraynaya hərbi müdaxiləsi davam etdiyi bir vaxt, Yaxın Şərqdə yeni döyüşlər təkcə Krem üçün deyil, qlobal sülh perspektivləri üçün də yeni suallar yaradır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Dağıstanda matəm elan edilib
please wait

No media source currently available

0:00 0:11:26 0:00
XS
SM
MD
LG