Accessibility links

Təbrizdə siyasi məhbus İbrahim Əvəzzadənin ailəsi təhdid olunduqlarını bildirir


İbrahim Əvəzzadə
İbrahim Əvəzzadə

İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra iki həftədən artıqdır nəzarətdə saxlanılan İbrahim Əvəzzadənin ailəsi təhdid edildiklərini bildirirlər.

Hüquq müdafiə qurumlarının yaydığı bir səs faylında fəalın anası övladlarının vəziyyətini öyrənməyə çalışdıqları üçün həbs edilməklə təhdid oldunduqlarını deyib. Fəalın atası da daha əvvəl ailənin hədələndiyini bildirmişdi.

İnsan haqları ilə bağlı məlumat yayan Abbas Lisani Telegram kanalının bildirdiyinə görə, oktabrın 1-də bacısının evinə hücum edən kəşfiyyat qüvvələri tərəfindən saxlanılan İbrahim Əvvəzzadə təqribən iki həftə sonra şənbə günü ailəsinə telefon edə bilib.

Kanalın yayımladığı səs faylında fəalın anası deyib ki, "biz səsimizi ucaldana qədər bizi saymırdılar. Səsimizi ucaldandan sonra bizi həbslə təhdid etdilər. Biz saymadıq. Mən oğlumdan xəbər istəyirdim. Deyirdim, ya səsini eşidəcəyəm, ya istəyirəm özünü görəm. Bugün (şənbə günü) İbrahım zəng vurdu, bizdən istədi ki, biz səsimizi çıxarmayaq ki, İbrahimin ittihamı çoxalar. Bu İbrahimi məcbur etmək deyil, bəs nədir? Məgər İbrahimin suçu var idi ki, çoxala? Mənim oğlum günahsızdır."

İbrahim Əvəzzadənin hansı səbəblərə görə tutulduğu bəlli deyil.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG