Accessibility links

Brüsseldə iki isveçli öldürülüb, Belçika terror xəbərdarlığını ən yüksək səviyyəyə qaldırıb


Aftermath of shooting in Brussels
Aftermath of shooting in Brussels

Oktyabrın 16-da AVRO-2024 seçmə mərhələsi çərçivəsində Belçika və İsveç arasında keçirilən oyun Brüsseldə iki isveçlinin güllələnərək öldürülməsindən sonra yarımçıq dayandırılıb. Bu UEFA-ya istinadən Reuter xəbər agentliyi bildirir.

Sosial şəbəkələrdə yayılan videoda bir şəxs hücumu icra etdiyini və özünün İslam Dövlətindən olduğunu iddia edib. Belçika terror xəbərdarlığını ən yüksək səviyyəyə qaldırıb.

"Bu axşam Brüsseldə törədilən terror aktından sonra iki yığma və yerli polis orqanları ilə məsləhətləşmədən sonra AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika və İsveç arasında keçiriləcək matçın təxirə salınması qərara alınıb", - UEFA-nın yaydığı bəyanatda deyilir.

İsveçin TV6 telekanalı bildirib ki, oyunda iştirak edən isveçli müxbirlər dövlət himnlərinin səsləndirilməsindən az əvvəl hücum haqda xəbərdar olduqlarını deyiblər. İsveçli oyunçuların UEFA-ya ikinci hissəni oynamaq istəmədiklərini bildiriblər və belçikalılar bununla razılaşdıqlarını bildiriblər.

İsveçli azarkeşlər stadionda xəbər gözləyirlər. (Brüssel, 16 oktyabr 2023-cü il)
İsveçli azarkeşlər stadionda xəbər gözləyirlər. (Brüssel, 16 oktyabr 2023-cü il)

Matç dayandırılanda hesab 1-1 idi. İsveç azarkeşlərindən stadionu tərk etməmələri xahiş edilib.

Belçikanın baş naziri Aleksandr De Kro, əvvəllər Twitter kimi tanınan X sosial media platformasında İsveçin baş nazirinə başsağlığı verdiyini yazıb: "Fikirlərimiz yaxınlarını itirən ailələrin və dostların yanındadır. Yaxın tərəfdaşlar olaraq terrorla mübarizəmiz birgədir", - o əlavə edib.

Daha sonra Belçika federal prokuroru hücum zamanı 2 nəfərin öldüyünü və bir nəfərin yaralandığını bildirib. Yerli medianın yazdığına görə güllələnən isveçlilər İsveç yığmasının formasını geyinmişdilər.

Bu hadisə İsrail-HƏMAS münaqişəsi ilə bağlı bəzi Avropa ölkələrində təhlükəsizlik narahatlıqlarının artdığı bir vaxta təsadüf edir.

Belçika mediası bildirib ki, Fransa Brüsseldəki ölümcül hücumdan sonra Belçika ilə sərhəddə nəzarəti gücləndirir.

Belçikanın böhran mərkəzi əhaliyə paytaxtda lazımsız səfərlər etməmək barədə xəbərdarlıq edib.

Forum

XS
SM
MD
LG