Accessibility links

İsrail-Həmas müharibəsinin başlanğıcından bəri ən azı onlarla jurnalist öldürülüb


İsrail-Həmas müharibəsinin başlanğıcından münaqişəni işıqlandıran media ən azı onlarla müxbirin öldürülməsi, digərlərinin isə yaralanması və ya təqib edilməsi ilə üzləşib. Ölənlər arasında Livanın cənub sərhədləri yaxınlığında canlı reportaj hazırlayarkən öldürülən Reuters-in video jurnalisti İssam Abdulla da var.

Reuters, Əl-Cəzirə və Agence France-Presse və ya AFP-dən ikisi də daxil olmaqla, eyni hücum zamanı daha altı jurnalist yaralanıb.

Birləşmiş Millətlər Təşkilatının sözçüsü deyib ki, vəziyyət gərginləşməkdə davam etsə, çox güman ki, daha çox belə faciələrin şahidi olacağıq.

HƏMAS-ın oktyabrın 7-də İsrailə hücuma başlamasından sonra hər iki tərəfdən 4000-dən çox insan həlak olub.

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) bildirdiyinə görə, onlardan 12-si, o cümlədən Abdulla, əks-hücumları işıqlandıran jurnalistlər olub. CPJ-nin indiyədək sənədləşdirdiyi hadisələrdə 10 fələstinli, biri israilli və biri livanlı jurnalistlə bağlı olub.

Nyu-Yorkda yerləşən təşkilat ən azı daha iki müxbirin itkin düşdüyünü bildirir.

Reuters Abdullanın öldürüldüyü zaman yayımçılar üçün canlı video reportaj verdiyini bildirib. Partlayış zamanı onun kamerası dağın yamacına düşüb.

Hücum zamanı yaralanan jurnalistlərdən birinə istinad edilib ki, ekipaj həmin vaxt İsraildən gələn atəşi lentə alırmış və bir zərbə Abdullaya ikinci zərbə isə medianın istifadə etdiyi avtomobilə dəyib.

BMT-nin İsraildəki nümayəndəsi Gilad Erdan deyib ki, İsrail adətən mülki ölümləri araşdırır. O, İsrailin "heç vaxt heç bir jurnalisti vurmaq, öldürmək və ya güllələmək istəməyəcəyini", lakin "müharibə vəziyyətində hər şeyin baş verə biləcəyini" qeyd edib.

Reuters və AFP hər ikisi insidentlə bağlı təhqiqat aparmağa çağırıb.

Qətərin yayımçısı Əl-Cəzirə “İsrailin hüquqi və mənəvi məsuliyyət daşıdığını” bildirib.

“İsrailin Əl-Cəzirə komandasını hədəf alması mətbuatın beynəlxalq təhlükəsizlik standartlarına açıq-aşkar etinasızlıqdır” - deyə qurumun bəyanatında deyilir.

Yayım 2022-ci ildə İordan çayının qərb sahilində təyinat zamanı vurulan müxbiri Şirin Əbu Aklehin öldürülməsini qeyd edib. Media və hüquq qruplarının işi ilə bağlı araşdırmaları onun israilli snayper tərəfindən vurulduğu qənaətinə gəlib. İsrail daha sonra amerikalı-fələstinli jurnalisti güllələdiyinə görə üzr istəyib, lakin mətbuat azadlığı müdafiəçiləri Ağ Evi cavabdehliyi təmin etməyə çağırıb.

BBC bəzi jurnalistlərin İsraildə işləyərkən təzyiqlərə məruz qaldığını bildirib. Cümə axşamı Təl-Əviv polisi BBC Arabic komandasının istifadə etdiyi avtomobili saxlayıb. BBC xəbər verir ki, jurnalistlər özlərini tanıdıb və maşın qırmızı lentlə televiziya kimi qeyd edilib, lakin ekipaj maşından çıxarılaraq “silah gücü ilə saxlanılıb”.

BBC xəbər verir ki, polis jurnalistlərin üzərində axtarış aparıb və müxbirlərdən birinin hadisəni çəkməsinə mane olub. Yerli polisin verdiyi açıqlamada avtomobilin "şübhəli" göründüyünü və jurnalistlərin "silah saxlama qorxusu ilə axtarıldığını" qeyd edib.

"Jurnalistlər İsrail-Qəzza münaqişəsi haqqında sərbəst məlumat verə bilməlidirlər" - deyə, BBC sözçüsü bildirib.

Təhlükəsizlik riskləri ilə yanaşı, İsrailin rabitə naziri Şlomo Karhi bazar günü Əl-Cəzirənin yerli bürosunun bağlanmasının mümkünlüyünü qeyd edib.

Reuters xəbər verir ki, Karhi Qətərin dövlət xəbər agentliklərini təhrikə və İsrail əsgərlərini Qəzzadan potensial hücuma məruz qoymaqda ittiham edib.

İsrail Ordusunun Radiosuna verdiyi müsahibədə Karhi deyib: "Bu, təhrikçi bir stansiyadır, bu, [Qəzzədən kənarda] toplaşma bölgələrindəki qoşunları lentə alan bir stansiyadır. İsrail vətəndaşlarına qarşı təhrikedici bir təbliğat ruporudur".

Nazir bu addımı Nazirlər Kabinetinin müzakirəsinə çıxaracağını bildirib. Əl-Cəzirə Amerikanın Səsinin şərh sorğusunahələ cavab verməyib.

Forum

XS
SM
MD
LG