Accessibility links

Çin və ABŞ Yaxın Şərqdə zorakılıqların genişlənməsinə fərqli reaksiya verir


Çinin Baş naziri Li Qian və fələstinlilərin prezidenti Mahmud Abbas
Çinin Baş naziri Li Qian və fələstinlilərin prezidenti Mahmud Abbas

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin Yaxın Şərqdə gərginləşən münaqişə fonunda iki dövlət məsələsinin həlli üçün “dialoqun təşviqinə yardım edən bütün səyləri” dəstəkləməkdə davam edəcək.

Oktyabrın 23-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin mətbuat brifinqində "Biz danışdıqca Fələstin-İsrail münaqişəsi gərginləşir, Qəzzada vəziyyət çox ağırdır və silahlı qarşıdurma artan yayılma effekti ilə genişlənirı. Bütün tərəflər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa riayət etməli, mülki insanları qorumalı və daha da pis humanitar fəlakətin qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidir" - deyə, bildirib.

O əlavə edib ki, humanitar ehtiyaclar ödənilməlidir. “Çin dialoqun təşviqinə və sülhün bərpasına kömək edən bütün səyləri dəstəkləməkdə davam edəcək və Fələstin məsələsinin hərtərəfli, ədalətli və davamlı həlli üçün üzərinə düşəni edəcək”.

Onun sözləri Vaşinqton və Pekin arasında İsrail-Həmas müharibəsində fərqi vurğulayıb. Analitiklər bu iki supergüc arasında gərginliyin daha da artacağından narahatdır.

Prezident Co Bayden oktyabrın 19-da televiziya ilə canlı çıxışında amerikalılara deyib ki, ABŞ Ukrayna və İsrailə dəstəyini artırmalıdır.

"Tarix bizə öyrətdi ki, terrorçular öz terrorlarının əvəzini ödəmədikdə, diktatorlar təcavüzlərinin əvəzini ödəmədikdə, onlar daha çox xaosa, ölümə və daha çox dağıntıya səbəb olur. Amerika və dünya üçün xərclər və təhlükə artmaqda davam edir”, Bayden deyib.

Mart ayında elan edilən və iki ölkə arasında 2016-cı ildən kəsilən diplomatik əlaqələri bərpa edən İran və Səudiyyə Ərəbistanı arasında Çinin vasitəçiliyi ilə imzalanan razılaşma Pekinin Yaxın Şərqin güc siyasətinə gəlişinin əlaməti hesab edilir.

Çin İsrail və HƏMAS arasında vasitəçilik etmək üçün Yaxın Şərq məsələsi üzrə xüsusi elçi Zhai Junu göndərib. O, oktyabrın 19-da Dohada Qətərin xarici işlər naziri Əl-Hüreyfi ilə görüşüb və Misirdə İsrail və ABŞ-ın yüksək səviyyəli rəsmiləri olmadan keçirilən Qahirə Sülh Sammitində iştirak edib.

Oktyabrın 21-də sammit ərəb liderlərinin iştirakı olmadan yayılan zorakılığın qarşısını almaq üçün razılığa gəlmədən başa çatıb.

Yaxın Şərq İnstitutunun İran proqramının qurucu direktoru Aleks Vatanka Amerikanın Səsinə deyib ki, Pekinin Həmasla bağlı mövqeyi Fələstin məsələsindən daha çox ABŞ-la qlobal təsir uğrundakı rəqabətlə bağlıdır.

Çinin oktyabrın 7-də İsrailə hücum edən silahlı qrup HƏMAS-ın əsas dəstəkçilərindən biri olan İranla uzunmüddətli müqavilələri var. Çinin İrandan neft idxalı son iki ildə üç dəfədən çox artıb və İranın ümumi neftinin 87%-ni təşkil edir.

Ekspertlərin fikrincə, ABŞ və Çin neft qiymətləri ilə bağlı ümumi narahatlığa görə Yaxın Şərqin sabitləşdirilməsində əməkdaşlıq edə bilər.

Forum

XS
SM
MD
LG