Accessibility links

Bakı Apellyasiya Məhkəməsi fəalın şikayətini təmin etməyib


Orxan Baxış (Mənbə: AXCP)
Orxan Baxış (Mənbə: AXCP)

Oktyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışın inzibati həbsindən verilən apelyasiya şikayətinə baxılıb.

Oktyabrın 17-də Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışı 20 sutka inzibati həbsə məhkum edib. Orxan Baxış İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlı bilinib.

Vəkil Nemət Kərimli Amerikanın səsinə açıqlamasında bildirib ki, bu günki məhkəmə iclasında qaldırılan vəsatətlər təmin edilməyib:

"Biz onun həbsi ilə razı deyildik, buna görə də, apellyasiya şikayəti vermişdik. O yaşadığı binanın qarşısında, parkda oturarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu günki məhkəmə iclasında ilk vəsatət ondan ibarət oldu ki, saxlanıldığı yerdə şəhər təhlükəsizlik kameralarından çıxarışlar almaq üçün müraciət olunsun. Həmin çıxarışlar əldə edildikdən sonra məhkəmədə araşdırılsın. Lakin hakim vəsatəti təmin etmədi. Qeyd edilir ki, Orxan Baxış polislərə qarşı nalayiq sözlərdən istifadə edib. Ali təhsilli şəxsin, psixologiyasi yerindədir. Biz düşünmürük ki, bu doğrudur bu səbəbdən də, biz vəsatət verdik ki, məhkəmə tibbi ekspertiza təyin etsin, onun psixoloji problemlərinin olub-olmadığı araşdırılsın. Bu vəsatət də təmin edilmədi. Məhkəmə qərarı qüvvədə saxladı".

Orxan Baxış özü də məhkəmə iclasında iştirak edib. O, öz həbsinin Facebook səhifəsində hökumət rəhbərlərini tənqid etdiyi statuslarla əlaqədar olduğunu bildirib.

AXCP-nin məlumatına görə, AXCP Gənclər Komitəsinin Məclis üzvü Orxan Baxış oktyabrın 16-da Bakının Xətai rayonu ərazisində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Orxan Baxış bundan öncə, bu il fevralın 2-də Xətai rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci madddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahkar bilinərək 30 sutka inzibati həbsə məhkum edilib.

O daha əvvəl, 2018-ci ilin mayında Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı 3 ilə endirib. O, 2021-ci ilin martında prezident sərəncamı ilə əfv edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG