Accessibility links

Mayk Conson ABŞ Nümayəndələr Palatasının yeni spikeri seçildi


ABŞ Nümayəndələr Palatasının yeni spikeri Mayk Conson.
ABŞ Nümayəndələr Palatasının yeni spikeri Mayk Conson.

Oktyabrın 25-də Nümayəndələr Palatası üç həftədir boş qalan spiker postuna növbəti səsvermə keçirildi. Çoxluqda olan Respublikaçılar partiyası bir gün öncə axşam saatlarında bu vəzifəyə Luiziana ştatının təmsilçisi Mayk Consonun namizədliyini irəli sürmüşdülər.

Conson səsvermədə iştirak edən 429 Konqres üzvündən 220-nin səsini qazanaraq, Nümayəndələr Palatasının yeni spikeri seçildi.

Nümayəndələr Palatasının son spikeri Kevin Makkarti oktyabrın əvvəli etimad səsverməsi nəticəsində vəzifəsini itirmiş, daha sonra isə Respublikaçıların spikerliyə namizəd kimi irəli sürdükləri üç namizəddən ikisi – Stiv Skalis və Tom Emmer səsvermədən öncə, Cim Cordan isə səsvermədən sonra kifayət qədər səs toplamağa müvəffəq olmadıqları üçün geri çəkilmişdilər.

51 yaşlı Mayk Conson 2016-cı ildən bəri Nümayəndələr Palatasının üzvüdür. O, 2020-ci il seçkilərindən sonra seçkilərin nəticələrinin ləğv edilməsi istiqamətində Respublikaçıları sabiq prezident Donald Trampın hüquqi səyləri ətrafında birləşməyə çağıran şəxslərdən biri olmuşdu.

Partiya yoldaşlarına məktubunda Conson ləngiyən büdcə qanununun qəbulunu və noyabrın 17-də indiki büdcənin bitməsindən sonra ABŞ hökumətinin bağlanmasının qarşısını almağı vəd edib.

Forum

XS
SM
MD
LG