Accessibility links

Bəlucistan, Qərbi Azərbaycan və Gülüstan İranda məktəbdən qalma faizinin ən yüksək olduğu vilayətlərdir


İranda bir kənd məktəbi
İranda bir kənd məktəbi

Sistan və Bəlucistan, Qərbi Azərbaycan, Gülüstan, Rəzəvi Xorasan və Şimali Xorasan İranda uşaqların məktəbi tərketmə faizinin ən yüksək olduğu vilayətlərdir.

Bu barədə İran Parlamenti Araşdırma Mərkəzinin müdirlərindən Məhəmməd Sadıq Abdullahi mətbuata məlumat verib. Abdullahinin açıqlamaları Tehranda nəşr edilən Ettelaat qəzetinin "Artıq məktəbə getməyənlərin dəhşətli statistikası" başlıqlı yazısında dərc edilib.

Abdullahi mərkəzi Məşhəd olan Rəzəvi Xorasanın da siyahıda olduğuna diqqət çəkərək deyib ki, "bu statistik məlumata baxanda deyə bilmirik ki, təhsili buraxanların sayı sadəcə məhrum vilayətlərdə artır. Çünki, məhrum bir vilayət hesab edilməyən Rəzəvi Xorasanda da təhsili buraxma faizi yüksəkdir."

İranın Sistan və Bəlucistan, Qərbi Azərbaycan, Gülüstan və Xorasan vilayətlərinin ortaq xüsusiyyətləri hamısının sərhəddə yerləşməsi və qeyri-fars və qeyri-şiə icmaların yaşadığı vilayətlər olmasıdır.

Hüquq müdafiəçilərinin yayımladığı hesabatlara əsasən, İranda məktəbi tərk etmə faizinin yüksək olduğu türk, ərəb, kürd, bəluç və türkmən icmalarının yaşadığı vilayətlərdə erkən nikah halları da adətən yüksək səviyyədədir.

Forum

XS
SM
MD
LG