Accessibility links

Traktor komandasının azarkeşi 20 günlük həbsdən sonra müvəqqəti azadlığa buraxılıb


Ümid Məhəmmədzadə
Ümid Məhəmmədzadə

Milli fəal və Taktor Azərbaycan komandasının azarkeşi Ümid Məhəmmədzadə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən təqribən 20 gün son müvəqqəti olaraq sərbəst buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən İranın kəşfiyyat məmurları Məhəmmədzadəni oktyabr ayının 7-də Kərəc şəhərindəki evində nəzarət altına almışdılar.

Sosial mediada yayılan məlumata görə, milli fəal 100 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib. Fəalın məhkəmə prosesi davam edəcək.

Ümid Məhəmməzadəyə qarşı hansı ittihamların irəli sürüldüyünə dair məlumat yayılmayıb.

Keçən illərdən bəri Təbrizin Taktor futbol komandasının çox sayda azarkeşi stadionlarda səsləndirilən milli və siyasi şüarları ilə əlaqədar həbs və mühakiməyə məruz qalıblar.

İranda 'türk kimliyinin simvolu' kimi tanınan Traktor komandasının azarkeşləri uzun illərdir stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, habelə "Urmiyə gölünün qurudulması" və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər.

Forum

XS
SM
MD
LG