Accessibility links

Bayden İsrail-HƏMAS münaqişəsində çətin balansla qarşı-qarşıyadır


Bayden İsrail-HƏMAS münaqişəsində çətin balansla qarşı-qarşıyadır
please wait

No media source currently available

0:00 0:02:58 0:00

İsrailin Qəzzada quruda əməliyyatlarının gözlənildiyi bir vaxt ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə Biriləşmiş Ştatların ən yaxın müttəfiqinə sarsılmaz dəstək və Qəzzada mülki əhalinin daha çox müdafiə edilməsi ilə bağlı beynəlxalq çağırışlar arasında balans yaratmaq kimi çətinliklə qarşılaşır. Bayden həmçinin İsrail və Həmas arasında müharibənin regionda daha geniş münaqişəyə yol aça bilməsinin qarşısını almalıdır. Prezident Bayden və onun müşavirləri İsrailin baş naziri Benyamin Netanyahu hökumətinə Həmasdan qisas almaq strategiyasının uzun müddətdə təsirlərini nəzərdən keçirməyi tövsiyə edir.

Qəzza zolağında hava hücumları davam etdiyi vaxt prezident Co Bayden İsraili baş nazir Benyamin Netanyahunun HƏMAS-a qarşı “böyük intiqam” adlandırdığı əməliyyatın nəticələrini nəzərdən keçirməyə çağırır.

Müxbir: “Cənab prezident, siz israilliləri müdaxiləni gecikdirməyə təşviq edirsinizmiz?”

Prezident Co Bayden: “Mən israillilərlə danışıram”.

Bu, Baydenin mülki şəxslərə çox ehtiyac duyulan yardımın çatdırılmasını, Qəzza zolağında ilişib qalan bir neçə yüz fələstinli amerikalının təxliyyəsinin təmin edilməsi və girovlarla bağlı danışıqlar üçün daha çox vaxt qazanmaq cəhdinin bir hissəsidir.

Oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə azı 1400 nəfərin ölümünə səbəb olan koordinasiyalı hücumları zamanı İsrail rəsmilərinin bildirdiyi kimi 200-dən çox girov götürülən şəxslərdən ikisi amerikalı olmaqla dördü azad edilib.

BMT-nin Baş katibi Antonio Quterreş: “HƏMAS-ın hücumları vakuumda baş verməyib. Fələstin xalqı 56 ildir boğucu işğala məruz qalıb”.

BMT-nin baş katibi Antonio Quterreşin çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasındakı bu açıqlamaları İsrailin BMT-dəki səfiri Gilad Erdanın tənqidinə səbəb olub.

İsrailin BMT-dəki səfiri Gilad Erdan: “BMT iflasa uğrayır və siz, cənab Baş katib, bütün mənəviyyat və qərəzsizliyinizi itirirsiniz”.

ABŞ dövlət katibi Antoni Blinken Təhlükəsizlik Şurasında çıxış edərək, Livanda Hizbullah kimi İranın dəstəklədiyi qruplar tərəfindən İsrailin quruda əməliyyata başladıqda daha da güclənəcəyi gözlənilən hücumlara hazırlaşdığı vaxt Tehrana müharibənin genişləndirilməsi barədə xəbərdarlıq edib.

Blinken İsrailin hərbi əməliyyatlarını qətiyyətlə müdafiə etdi, lakin administrasiyanın indiyədək İsrailə “mülki insanlara zərər verməmək” barədə ən ciddi çağırışla müraciət etdi.

ABŞ dövlət katibi Antoni Blinken: “Bu o deməkdir ki, qida, su, dərman və digər əsas humanitar yardımlar Qəzzaya və onlara ehtiyacı olan insanlara çatmalıdır”.

Ağ Ev Blinkenin çağırış etdiyi “humanitar fasilə”nin atəşkəslə eyni olmadığını izah edib. Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bunun indi yalnız HƏMAS-a fayda verəcəyini bildirib.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi: “Bu, müharibədir. Savaşdır. Qanlı döyüşdür. Dəhşətlidir. Burada qarışıqlıq olacaq və gələcəkdə günahsız mülki insanlar əziyyət çəkəcəklər”.

HƏMAS-ın nəzarətində olan Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 5000-dən çox insan həlak olub, bir milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG