Accessibility links

Kaliforniyanın cənubunda meşə yanğını minlərlə insanın təxliyə edilməsinə səbəb olub


Los-Ancelesin cənub-şərqində güclü Santa Ana küləklərinin yaratdığı meşə yanğını 4 minə yaxın insanı evlərini tərk etməyə məcbur edib. Highland adlandırılan yanğın Riverside dairəsindəki Aguanga kəndinin yaxınlığında quru birkilərlə örtülmüş təpələrdə saat 12:45 radələrində başlayıb.

Yanğınsöndürmə departamentinin sözçüsü Ceff LaRusso yanğının bazar ertəsi axşam saatlarında təxminən 2 kvadrat mil (5 kvadrat kilometr) əraziyə yayıldığını deyib. Onun sözlərinə görə, 1300-ə yaxın ev və 4000 sakin təxliyə əmri altındadır.

Yanğın üç binanı məhv edib, daha altı binaya ziyan dəyib, lakin onların ev olub-olmadığı məlum deyil.

LaRusso deyib ki, bölgədə məskunlaşma seyrək olsa da, ərazi at fermalarına və böyük mobil ev icmasına malikdir. Xəsarət alanlar barədə məlumat verilməyib.

LaRusso bildirib ki, yanğınsöndürmə qrupları alovun söndürülməsinə çalışır. Gecə ərzində küləyin bir qədər səngiməsi gözlənilir. Lakin o əlavə edib: “Külək hər şeyi üstələyir. Ümid edirəm ki, proqnoz özünü doğruldar”.

LaRusso bildirib ki, yanğının söndürülməsi üçün böyük bir hava tankeri, buldozerlər və digər resurslardan istifadə edilir.

Bu, Kaliforniyanın il boyu yanğın mövsümündə indiyə qədər baş verən bir neçə böyük, aktiv yanğından biridir.

Cənubi Kaliforniya Santa Ana güclü küləyi ilə ilk dəfə üzləşir. Payızda isti, quru və tozlu küləklər adətən səhranın içindən Sakit okean sahilinə enir. Onlar Kaliforniyanın son tarixində ən böyük və ən dağıdıcı yanğınlara səbəb olub.

Milli Meteoroloji Xidmət çərşənbə axşamı Riverside-da 15 ilə 25 mil/saat (24 ilə 40 km/saat) arasında olan küləklər əsəcəyini və küləklərin sürətinin 40 mil/saata (64 k/s) yüksələcəyini bildirib.

Meteoroloji xidmət çərşənbə axşamı günortadan sonra Los-Anceles və Riverside rayonlarının bəzi hissələri üçün hədsiz yanğın xəbərdarlığı edib.

Forum

XS
SM
MD
LG