Accessibility links

Nəsimi Məmmədli: HƏMAS-İsrail münaqişəsi fonunda Azərbaycan mürəkkəb vəziyyətdədir


Nəsimi Məmmədli-siyasi təhlilçi
Nəsimi Məmmədli-siyasi təhlilçi

Siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində HƏMAS-İsrail münaqişəsinin beynəlxalq münasibətlərə, o cümlədən Cənubi Qafqaz regionuna təsirlərindən danışıb.

Amerikanın Səsi: HƏMAS-ın İsrailə hücümu və İsrail dövlətinin cavab tədbirləri Yaxın Şərqdə vəziyyəti gərginləşdirib. Yaranmış durum beynəlxalq münasibətlərə də təsirlər göstərir. Bu Azərbaycan üçün hansı yeni çağırışlar yaradıb?

Nəsimi Məmmədli: Əlbəttə regionda baş verən hadisələr bu və ya digər şəkildə Azərbaycana da təsir edir. Əgər gələcəkdə bu münaqişənin genişlənməsi və dərinləşməsi təsirləri daha da artsa, Azərbaycan həm quru və su sərhədlərində İran və Rusiya ilə qonşudur. Bu dövlətlər isə Orta Şərqdəki geosiyasi rəqabətdə əsas oyunçulardan sayılır. Eyni zamanda Türkiyə və İsrail ilə də strateji müttəfiqdir. Bunu da nəzərə aldıqda, əlbəttə indiki şəraitdə biz olduqca mürəkkəb bir vəziyyətdəyik. Mən düşünürəm ki, bununla yanaşı biz həm Avropa Şurası Parlament Assambleyasının, həm Qoşulmama Hərəkatının və bununla yanaşı İsalm Əməkdaşlıq Təşkilatının üzvü kimi müəyyən öhdəliklər daşıyırıq. Bu öhdəlikləri daşıdığımıza görə, əlbəttə təsirlər proseslərin gedişində daha da arta bilər. Əslində çağırışlarla bağlı bu gün ölkəmiz ölkə daxilində təhlükəsizlik və siyasi məsələlərin həlli, eyni zamanda insan hüquq və azadlıqları ilə bağlı müəyyən addımlar atılmalıdır ki, ölkə daxilində gərginliklər yaşanmasın.

Nəsimi Məmmədli: HƏMAS-İsrail münaqişəsi fonunda Azərbaycan indiki şəraitdə mürəkkəb bir vəziyyətdədir
please wait

No media source currently available

0:00 0:05:48 0:00

Amerikanın Səsi: Mövcud durumda Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz? Rəsmi Bakı ölkənin təhlükəsizlik maraqlarının təmin olunması üçün necə davranmalıdır?

Nəsimi Məmmədli: Azərbaycan ilk növbədə qonşuları ilə münasibətləri normal saxlamalıdır. Çünki biz dediyimiz kimi, xeyli dərəcədə narahat regionda yerləşirik. Burada qonşularımız dünyanın narahat dövlətləridir. İstər İran olsun, istərsə də Rusiya olsun. Azərbaycan mütləq təhlükəsizlik maraqları ilə bağlı bunu nəzərə almalıdır. Problem ondan ibarətdir ki, biz bu təhlükəsizlik problemlərini həll etmək üçün əgər Qərblə münasibətləri genişləndirirksə bu Rusiyanı və İranı daha çox qıcıqlandırır. O zaman daha böyük problemlər yaşana bilir. Biz bunu Ukraynada, Gürcüstanda gördük. Hazırda Ermənistanda da bu vəziyyət müşahidə olunur. Ona görə də, mümkün qədər Azərbaycan qonşularla ilk növbədə normal münasibətlər saxlamalıdır. Beynəlxalq hüquqa, insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq konvensiyalara, Cenevre Konvensiyasına, BMT-nin qətnaməsinə uyğun olaraq münaqişə tərəflərini, eyni zamanda region dövlətlərini bu sənədlərə əməl etməyə çağırmalıdır. Biz regionda kiçik dövlətik, böyük dövlət deyilik ki, böyük və qlobal geosiyasi proseslərə yön verə bilək. Biz sadəcə bu proseslərdə mümkün qədər neytral qalmağa nail olmalıyıq.

Amerikanın Səsi: Yaxın Şərqdə cərəyan edən hadisələr Cənubi Qafqazda geopolitik vəziyyətə, qüvvələrin nisbətinə necə təsir göstərə bilər?

Nəsimi Məmmədli: Azərbaycan demək olar ki, daxilində çox ciddi bir problem olan Qarabağ problemini bu və ya digər şəkildə artıq həll edib. Bu yoxdur. Bu Azərbaycanın əlini regionda gücləndirib. Eyni zamanda əməkdaşlıq imkanlarını artırıb. Bu əməkdaşlıq imkanlarından biri 3+3 region formatıdır. Düzdür bu təşkilati format deyil. Böyük bir hansısa geosiyasi təsir yaradacağı ehtimalı da aşağıdır. Amma bir müzakirə masası kimi tərəflərin öz mövqeyini yaxınlaşdırılması, qarşılıqlı əməkdaşlıq müstəvilərinin tapılması baxımdan da əhəmiyyətli sayıla bilər. Mən düşünürəm ki, Azərbaycan bu istiqamətdə region dövlətləri ilə ən azı bu proseslərin genişlənməsinə dəstək verməlidir.

Amerikanın Səsi: Sizcə İsrail-Fələstin probleminin həlli üçün beynəlxalq güc mərkəzləri hansı çıxış yolları təklif edə bilər. Münaqişənin aradan qaldırılması üçün həm xarici oyunçular, həm də tərəflərin özləri arasında qarşılıqlı kompromislərin əldə olunması mümkündürmü?

Nəsimi Məmmədli: Kompromis əlbəttə hazırda çox çətin görünür. Amma mümkünsüz də deyil. Çünki hər bir müharibənin sonu sülhdür. Regiondqakı problem həm dini nöqteyi nəzərdən, həm tarixi, həm geosiyasi maraqlar baxımından çox ziddiyətlidir. Burada əlbəttə asan həll yolunun tapılması elə də real görünmür. 1947-48- ci ildən başlayan prosesdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, region dövlətlərinin, qlobal oyunçuların mövqeyinə baxmayaraq hələ də problemin həlli ilə bağlı hansısa ümidverici bir davranış görünmür. Mən düşünürəm ki, burada yeni bir format ondan ibarət ola bilər ki, BMT-nin köhnə qətnamələrinə istinad edərək, amma regionda marağı olan güclərin bu və ya digər şəkildə iştirakı ilə bir format yaradılsın. Tərəflər masa arxasında otursun. Əks halda Orta Şərqdə çox böyük fəlakətlər, insan itkləri ilə müşaiət olunan müharibə genişlənəcək.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG