Accessibility links

İlham Əliyev Xankəndi şəhərində hərbi paradda iştirak edib


Xankəndində hərbi parad.
Xankəndində hərbi parad.

Azərbaycan noyabrın 8-də, ölkədə qeyd olunan Zəfər Günü münasibətilə Xankəndi şəhərində hərbi parad keçirib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və onların oğulları Heydər Əliyev paradda iştirak ediblər.

Əliyev hərbi paradda çıxışı zamanı Azərbaycana yeni müharibə lazım olmadığını deyib: "Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik."

Bununla bərabər, paytaxt Bakı da daxil olamaqla Azərbaycanın müxtəlif şəhər və rayonlarında hərbi orkestrlərin müşayiəti ilə hərbi yürüşlər keçirilib.

Azərbaycanda Zəfər Günü prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncama əsasən qeyd edilir. Həmin tarix 2020-ci ilin 44 gün davam edən və Azərbaycan ordusunun erməni separatçılarının nəzarətində olan əraziləri geri alınması şərəfinə qeyd edilir.

Həmin döyüşlər 2020-ci ilin 10 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəslə dayandırıldı. Atəşkəsdən 2 gün öncə - 8 noyabr tarixində Azərbaycan ordusu ölkə üçün əhəmiyyətli hesab edilən Şuşa şəhərinə nəzarəti bərpa etmişdi. Zəfərin Gününün tarixi də məhz bununla bağlıdır.

Əldə olunan atəşkəsə əsasən, Qarabağda erməni əhalinin yaşadığı ərazinin ətrafında yerləşən və erməni separatçılarının nəzarətində olan yeddi rayon Azərbaycanın nəzarətinə keçdi. Bununla bərabər, Xankəndi şəhəri də daxil olmaqla, Qarabağ ermənilərinin yaşadığı əraziyə Rusiyanın 2000 nəfərdən ibarət sülhməramlı kontingenti yerləşdirildi.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan ordusu Qarabağ ermənilərinin yaşadığı ərazidə hərbi əməliyyat keçirdi. Əməliyyatın başlamasından 24 saat sonra separatçı qüvvələr təslim oldu və Azərbaycan ordusu bölgəyə tam nəzarəti bərpa etdi.

Azərbaycan rəsmilərinin Qarabağ ermənilərinin reinteqrasiyasını həyata keçirmək istədiyini bildirməsinə baxmayaraq, hərbi əməliyyatdan sonrakı günlər ərzində Qarabağda yaşayan təxminən 100,000 erməni bölgəni tərk edərək, Ermənistana üz tutdu. Hal-hazırda Qarabağda çox az sayda erməninin qaldığı bildirilir.

Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edir. Rəsmi Bakı isə bu ittihamları rədd edir və Azərbaycanda qalmaq istəyən hər bir Qarabağ ermənisinə bu imkanın tanındığını bildirir. Azərbaycan hökuməti ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG