Accessibility links

Ailəsi Qubad İbadoğlunun səhhətindən narahatdır


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Noyabrın 11-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul onun səhhəti ilə bağlı məlumat yayıb. Qardaşı bildirir ki, onlar Qubad İbadoğlunun səhhətindən narahatdırlar.

"Londonda olarkən şəkərli diabetə qarşı gündə 1 dəfə olmaqla 1 tabletka" Metformin" və "Glimepride" qəbul edib. Aclıq və toxluq şəkəri daim normal olub. Hazırda bu iki dərmanın gündəlik qəbul edilən dozası Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin endokrinoloqu tərəfindən 3 dəfə artırılıb. Əlavə olaraq yüksək dozada - gündə 24 vahid (unit) Tresiba insulini vurur".

Qalib Toğrulun sözlərinə görə, dərmanların dozası artsa qardaşının şəkəri normadan 3-3,5 dəfə çox olur.

"Stress, mənəvi işgəncə və hərəkətsizliyin fəsadlarıdır ki, 112 gündür qanunsuz həbsdə saxlanılan qardaşımın şəkəri normallaşmır", deyə o bildirib.

Qeyri-iş günü olduğu üçün Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG