Accessibility links

Almaniya Ukraynaya hərbi yardımı ikiqat artırır


Berlindəki siyasi mənbə bazar günü bildirib ki, Almaniyanın hakim koalisiyası gələn il Ukraynaya hərbi yardımı ikiqat artıraraq 8 milyard avroya (8,5 milyard dollar) çatdırmaq barədə prinsipial razılığa gəlib.

Mənbə əlavə edib ki, razılıq kansler Olaf Şoltsun Sosial Demokratların çoxluq təşkil etdiyi parlament tərəfindən təsdiq olunsa, artım Almaniyanın müdafiə xərclərini ümumi daxili məhsulun 2,1%-nə çatdıracaq ki, bu da NATO hədəfi olan 2%-i üstələyir.

Onun sözlərinə görə, Sosial Demokrat Partiyası, Azad Demokrat Partiyası və Yaşıllar Partiyasından olan deputatlar Bundestaqın (parlamentin aşağı palatası) büdcə komitəsinin rəsmi iclası ərəfəsində 2024-cü il üçün federal büdcə layihəsi üzrə danışıqlar zamanı xərclərin artırılması barədə razılığa gəliblər.

Ukrayna mətbuatının yazdığına görə, Almaniya Amerikanın F-35 qırıcıları, İsrailin Arrow hava hücumundan müdafiə sistemi, həmçinin Boeing-dən Chinook helikopterləri almağı planlaşdırır.

Forum

XS
SM
MD
LG