Accessibility links

"Vaqner" qrupunun muzdlu əsgərləri Rusiya Milli Qvardiyasının bir hissəsi oldu


Britaniya Müdafiə Nazirliyi bazar günü Ukrayna ilə bağlı gündəlik kəşfiyyat hesabatında bildirib ki, "Vaqner" muzdlular qrupunun böyük hissəsinin Rusiya Milli Qvardiyasının (Rosqvardiya) komandanlıq strukturuna qoşulduğu "ehtimal olunur".

Bu yeni fraksiyaya Rusiya lideri Vladimir Putini hədəf alan üsyandan həftələr sonra təyyarə qəzasında ölməzdən əvvəl qrupa başçılıq etmiş Yevgeni Priqozinin oğlu Pavel Priqojin rəhbərlik edir.

Bundan əlavə, hesabatda "Vaqner" döyüşçülərinin və tibb işçilərinin də Çeçenistan xüsusi təyinatlılarına qoşulduğu bildirilir. Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, Rusiya hazırda "Vaqner"in fəaliyyətlərinə "birbaşa nəzarət edir".

Ukraynanın şərqində yerləşən Xerson sakinləri şəhərlərinin rus qoşunlarından azad edilməsinin bir ilini qeyd edir. Rus qoşunlarının yerləşdiyi Dnepr çayının sol sahilindən davamlı atəşə tutulsalar da, onlar bu kimi hücumlara qarşı dayanıqlı olduqlarını deyirlər.

Bu arada, Avropa İttifaqı ölkələri Rusiyanın işğalına qarşı sərt hərbi kampaniyası davam etdiyi üçün Ukraynaya 21,4 milyard dollarlıq hərbi yardım üçün uzunmüddətli fond ayırmaq barədə həvəssiz görünür. Aİ müdafiə nazirləri çərşənbə axşamı Brüsseldə planı müzakirə etməyə hazırlaşır.

Bu, ötən ilin iyulunda Aİ-nin xarici siyasət rəhbəri Cosep Borrell tərəfindən təklif edilmişdi. Bununla belə, diplomatlar deyirlər ki, Almaniya da daxil olmaqla, bir çox ölkə Qərbin Ukraynanın müdafiəsini gücləndirmək üçün daha geniş təhlükəsizlik öhdəlikləri çərçivəsində dörd il ərzində hər il 5 milyard dollara qədər vəsait ayırması ilə bağlı qeyd-şərtlərini dilə gətiriblər.

Aİ-nin diplomatik xidmətinin məlumatına görə, qurum 26 milyard dollar dəyərində silah və avadanlıqla yardım edib.

Hərbi yardımla bağlı müzakirələr Aİ ölkələri də Ukraynaya 54 milyard dollara yaxın iqtisadi yardım verilməsi təklifini müzakirə etdikləri vaxta təsadüf edir.

Forum

XS
SM
MD
LG