Accessibility links

İsrail ordusu: Qəzza xəstəxanasında girovların saxlandığına dair işarələr tapılıb


İsrail ordusu Qəzzada uşaq xəstəxanasının zirzəmisində HƏMAS tərəfindən saxlanılan silahların olduğunu göstərən video və fotoşəkilləri paylaşıb.

Ordu sözçüsü kontr-admiral Daniel Haqari bildirib ki, əsgərlər xərçəng xəstələrinin müalicəsi üzrə ixtisaslaşan uşaq xəstəxanası Rantissi xəstəxanasının zirzəmisində HƏMAS militantları tərəfindən saxlanılan qumbaraatanlar, kamikadze jiletləri və digər partlayıcı maddələr də daxil olmaqla, silah anbarı olan komanda mərkəzi tapıblar.

“Biz həmçinin HƏMAS-ın burada girov saxladığını göstərən əlamətlər tapdıq. Hazırda bu, bizim təhqiqatımız altındadır. Amma bizim bunu təsdiqləyən kəşfiyyatımız da var", o, televiziya brifinqində deyib.

O, kiçik mətbəx də daxil olmaqla, ibtidai yaşayış məntəqələri kimi görünən görüntüləri, həmçinin HƏMAS-ın yüksək səviyyəli dəniz qüvvələri komandirinin evinə aparan yaxınlıqdakı tunel şaxtasını nümayiş etdirib.

Onun sözlərinə görə, oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna basqın edərək 1200 nəfəri öldürdüyü və 240-a yaxın insanı ələ keçirdiyi qəfil hücumundan sonra əsgərlər güllə izləri olan motosiklet tapıblar. İsrail buna cavab olaraq Qəzza zolağına intensiv hücumlar keçirərək, qoşunların anklavın dərinliklərinə doğru irəlilədiyi quru əməliyyatı ilə davam edir.

Fələstin səhiyyə rəsmilərinin məlumatına görə, Qəzzada 11 mindən çox insan həlak olub.

Bazar ertəsi İsrail tankları yüzlərlə xəstənin hələ də təxliyə olunmağı gözləyən Qəzzanın əsas xəstəxanası olan Şifa xəstəxanasının qapıları qarşısında yerləşdirilib. Müdaxilə davam etdikcə, İsrail HƏMAS-ı komandanlıq mərkəzlərini və silah mövqelərini gizlətmək üçün xəstəxanalardan və digər mülki infrastrukturdan istifadə etməkdə və mülki şəxslərdən və xəstəxandakıa xəstələrdən canlı qalxan kimi istifadə etməkdə ittiham edib.

HƏMAS və Qəzzadakı xəstəxana səlahiyyətliləri səhiyyə ocaqlarından bu şəkildə istifadə edildiyini təkzib ediblər. İsrailin son bəyanatları ilə bağlı HƏMAS şərh verilməyib.

Birləşmiş Millətlər Təşkilatı Qəzzada səhiyyə işçilərinə qarşı hücumları dayandırmağa çağırıb.

İsrail xəstələrin və mülki şəxslərin təxliyəsinə icazə verdiyini bildirir.

Forum

XS
SM
MD
LG