Accessibility links

Bakıda "Avropada təhsil" sərgisi açılıb


Bakıda "Avropada təhsil" sərgisi (Mənbə: Sosial şəbəkə)
Bakıda "Avropada təhsil" sərgisi (Mənbə: Sosial şəbəkə)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa ali məktəblərində təhsil almaq istəyənlər üçün "Avropada təhsil" sərgisi keçirir.

Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.

Məlumata görə noyabrın 18-də tədbirin açılış mərasimində Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəsi Peter Mixalko bildirib ki, Bakıda təhsil sərgisi Aİ missiyasının, üzv ölkələrin səfirliklərinin, habelə Aİ-nin nüfuzlu ali məktəblərinin dəstəyi ilə ardıcıl olaraq artıq ikinci ildir keçirilir.

“Təhsil Aİ və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətidir. Bir çox azərbaycanlı artıq Aİ-də təhsil alıb və ümid edirəm ki, sizin də əksəriyyətiniz Avropa ali məktəblərinin tələbələri sırasına qoşulacaq", Mixalko qeyd edib.

O, Avropa İttifaqının ali təhsil sahəsinin dünya səviyyəli ali məktəblərə və araşdırma proqramlarına çıxış imkanı ilə təmin etdiyini bildirib.

"Avropa ali məktəbləri Azərbaycandan və bir çox digər ölkələrdən tələbələr üçün açıqdır. Aİ ölkələrindən birində təhsil almaq tələbələrin təkcə keyfiyyətli ali təhsil almasına deyil, həm də səyahət etməsinə və yeni dostlar qazanmasına imkan verəcək", Mixalko əlavə edib.

"Avropada təhsil" sərgisi 2023-cü ildə Aİ-də həyata keçirilən "Avropa bacarıqlar ili" təşəbbüsü çərçivəsində keçirilən tədbirlərdən biridir.

Onun məqsədi müasir bacarıqlar əldə etməyin və peşəkar təhsili təkmilləşdirməyin vacibliyinə diqqət cəlb etməkdir. Bu, Aİ və digər ölkələrdəki şirkətlərin kəskin kadr çatışmazlığı problemini həll etməsinə kömək edəcək.

Azərbaycanda xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşlarının ölkələr üzrə rəsmi statistikası aparılmır. Müşahidəçilər bildirir ki, hazırda dövlət proqramı və xarici ölkələrin təhsil proqramaları hesabına yüslərlə azərbaycanlı xarici ölkələrdə təhsil alır. Bununla yanaşı minlərlə Azərbaycan vətəndaşı öz maliyyə vəsaiti hesabına xarici ölkələrin ali təhsil müəssisələrinin məzunudur.

Təhsil ekspertlərinin fikrincə, Azərbaycan vətəndaşları Avropa İttifaqı ölkələrinin təhsil müəssislərində ali təhsil almağa üstünlük verir. Bununla yanaşı daha çox, on minlərlə azərbaycanlı Türkiyə və Rusiya universitetlərində təhsil alır.

Forum

XS
SM
MD
LG