Accessibility links

Yaralı fələstinli uşaqlarla dolu ilk təyyarə BƏƏ-yə çatıb


Əbu Dabi, BƏƏ. 18 noyabr, 2023.
Əbu Dabi, BƏƏ. 18 noyabr, 2023.

Qəzza zolağında İsrail-HƏMAS müharibəsində xəsarət alan fələstinli uşaqlarla dolu təyyarə Birləşmiş Ərəb Əmirliklərinin 1000 uşağa yardm etmək vədinin bir hissəsi olaraq şənbə günü BƏƏ-yə çatıb.

15 nəfərdən, o cümlədən uşaqlar və onların ailə üzvləri cümə günü Misirlə sərhəddə Rəfah keçidindən keçib. Daha sonra onlar təyyarə ilə BƏƏ-nin paytaxtı Əbu-Dabiyə gedib.

Təyyarə Əbu Dabi Beynəlxaq Hava limanına eniş etdiyində balaca uşaqlar analarının qucağında yatıb. Təyyarədə bəzi oturacaqların yeri xərəklərdə uzanan kritik yara alan uşaqlar üçün dəyişdirilib.

Gəncələrin bəzilərinin qolları və ayaqlarında sarğılar olub. Digərləri sakitcə valideynləri və ya qohumlarının yanında oturub. Təyyarədə əhval-ruhiyyə kədərli və sakit idi. Anaların çoxu taqətsiz qaldığını bildirib.

12 yaşlı Əmr Cəndiə gözləri yaşlı bir halda BƏƏ-yə yalnız getdiyini deyib.

“Atam, əmim və mən küçədə söhbət edirdik,” Cəndiə deyib. “Əmim həlak oldu. Atam yaraland…Qəfildə raket düşdü və mən huşumu itirdim. Mən oyandım və xəstəxanada olduğumu fərq etdim.”

14 yaşlı Əbu Tabik təyyarədə ən ciddi yara alan uşaqlardan biri idi. O, içində səfər etdiyi avtomobilə zərbə dəyməsi nəticəsində boynundan və onurğasından xəsarət alıb.

“Mən yaralanada, şok hiss etdim. Sonra da hərəkət etməyi dayandırdm,” o, ehtiyatla təyyarəyə gətirilmədən öncə sakitcə deyib.

Nabila Mahmud Qəzza zolağından çanaq sümüyü sınan 17 yaşlı qızı Rəvanla səfər edir. Mahmud deyir ki, onların evinə birbaşa raket dəyib və onun 13 ailə üzvü həlak olub.

Artıq yeddi həftədir davam edən müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubunda 1200 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra başlayıb. Militant qrup təxminən 240 nəfəri qaçırıb.

HƏMAS-ın idarə etdiyi səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin Qəzzada davam edən cavab zərbələri nəticəsində indiyədək 11 400-dən çox fələstinli ölüb ki, onlardan üçdə ikisi qadın və uşaqdır. Əlavə 2700 nəfərin itkin düşdüyü bildirilir və onların dağıntılar altında qaldıqlarına inanılır.

BƏƏ-nin 2020-ci ildə ölkələrin bir-birini tanıdığına dair müqavilədən sonra İsraillə diplomatik əlaqələri var.

Forum

XS
SM
MD
LG