Accessibility links

İraq Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycana rəsmi səfər edib


Rəsmi foto. Mənbə: Prezident Administrasiyası
Rəsmi foto. Mənbə: Prezident Administrasiyası

Prezident Camal Rəşidin yüksək səviyyəli rəsmi görüşləri olacaq.

Bu, İraq Prezidentinin Azərbaycana ilk səfəridir.

Bundan öncə, bu il iyulun 18-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycanda səfərdə olub.

Rəsmi məlumatlarda Neçirvan Bərzaninin səfəri iki ölkə arasında əməkdaşlığın dinamikasının artması işinə töhfə verəcəyi bildirilib.

1992-ci il yanvarın 2-də tarixində İraq Azərbaycanın müstəqilliyini tanıyıb.

30 mart 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1992-ci ildə Sovet İttifaqı dövründəki İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılıb. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycanın səfirliyi fəaliyyətə başlayıb.

Azərbaycan ilə İraq arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb.

Forum

XS
SM
MD
LG