Accessibility links

“AbzasMedia”nın direktoru saxlanılıb


“AbzasMedia”nın direktoru saxlanılıb
please wait

No media source currently available

0:00 0:01:29 0:00

Abzas Media” onlayn medianın direktoru Ülvi Həsənliyə ittiham elan edilib.

“Abzas Meda” onlayn medianın direktoru Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham elan edilib. Onun barəsində şübhəli şəxs kimi tutulma elan edilib. Indi onu müvəqqətii saxlama təcridxanasına aparırlar”, Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib.

Vəkil deyib ki, ittihamın mahiyyəti qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə qanunsuz yolla valyuta keçirməkdir.

O, Ülvi Həsənlinin ofisində və evində axtarış aparıldığını deyib.

“Həsənlinin ofisindən 40 min avro aşkar edildi. Evindən heç nə aşkar edilmədi”, Zibeydə Sadıqova deyib.

Vəkilin sözlərinə görə, Ülvi Həsənli özünü təqsirli bilmir.

“Ülvi söylədi ki, ittiham əsassızdır. Pul ona aid deyil. Ofisdən pul götürüləndə də dedi ki, o pul ona məxsus deyil. Həmin pulu görməyib və ona aidiyyatı yoxdur”, Sadıqova qeyd edib.

Vəkil Ülvi Həsnlinin xəsarəti olduğunu deyib.

“Ülvinin gözünün altında xəsarət var idi. O bildirdi ki, vurubalr. Çəkilişdə də döyüblər. Mən bu faktlın araşdılamsını xahiş etdim”, Zibeydə Sadıqova bidirib.

Abzas Media” onlayn medianın direktoru Ülvi Həsənli noyabrın 20-də xaricə səfər edərkən saxlanılıb.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə Ülvi Həsənlinin Bakı şəhər Baş Polis İdarəsində olduğunu bildirib.

“Müstəntiqlə telefonla danışmışam. İndi Bakı şəhər Baş Polis İdarəsinə gedib Həsənlinin saxlanılmasının səbəblərini öyrənəcəm”, vəkil qeyd edib.

Noyabrın 20-də həmçinin “Abzas Media”nın ofisində axtarış aparılıb.

"AbzasMedia"nın ofisində axtarış aparılır
"AbzasMedia"nın ofisində axtarış aparılır

“Abzas Media”-nın baş redaktoru Sevinc Vaqifqızı Amerikanın Səsinə deyib ki, Həsənlinin bu gecə xaricə uçuşu olmalı idi.

“Səhər saat 4.30-da evdən çıxıb, hava limanına yollanıb, amma təyyarəyə minməyib. Onun hava limanında saxlandığını ehtimal edirəm", o bildirib.

Vaqifqızı həbsin səbəbinin Ülvi Həsənlinin peşə fəaliyyəti ilə bağlı olduğunu hesab edir.

“Həbsin səbəbi kimi “Abzas Media”nın direktoru olmasıdır. “Abzas Media” Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların ailələrinin biznesi ilə bağlı araşdırmaları dərc edir. Səbəb məhz budur”, o qeyd edib.

“Abzas Media” yaydığı bəyanatda Ülvi Həsənlinin hədsinin korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirir.

“Bu gün səhər saatlarında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları Abzas Media-nın direktoru Ülvi Həsənlini saxlayıb. Bundan sonra Abzas Medianın ofisində və Ülvi Həsənlinin mənzilində axtarış başlayıb. Guya ofisimizdə 40 min avro pul “aşkarlanıb”, bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, axtarış prosesinə gələn Ülvi Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib.

“O, jurnalistlərə bildirib ki, saxlanılan zaman onun gözündən yumruqla vurublar. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinə aparılaraq orada da qeyri-insani davranışa və işgəncəyə məruz qalıb. O bildirib ki, ona yumruq və təpik zərbələri endirilib. Ülvi Həsənli qeyd edib ki, polis idarəsində ona verilən suallar Abzas Media-nın apardığı korrupsiya cinayətləri ilə bağlı araşdırmalarla əlaqəli olub”, bəyanatda qeyd edilir.

“Abzas Media”bildirir ki, Ülvi Həsənlinin saxlanılması, onun evində və ofisində axtarış aparılması qanunsuzdur.

“Bütün baş verənlər jurnalistin fəaliyyətilə bağlıdır. Bu səbəbdən Ülvi Həsənli dərhal sərbəst buraxılmalıdır. Abzas Media olaraq onun qanunsuz saxlanılmasında ölkə başçısı İlham Əliyevi məsuliyyətli bilirik. Çünki biz ölkə prezidentinin və onun təyin etdiyi məmurların korrupsiya cinayətləri ilə bağlı silsilə araşdırmalar apararaq, sizə təqdim edirik. Həsənlinin saxlanılmasının yaydığımız bu korrupsiya araşdırmaları ilə bağlı olduğunu düşünürük. Hesab edirik ki, prezident onun həbsini sifariş etməklə bu media qurumunun bağlanmasını, korrupsiya cinayətləri ilə bağlı məlumatların sizə çatmasını əngəlləməyi hədəfləyir”, sənəddə deyilir.

“Abzas Media” bəyan edir ki, heç bir həbs və ya digər təzyiq üsulları bu media orqanını doğru xəbər çatdırmaqdan çəkindirə bilməz.

“Siz doğru xəbərə layiqsiniz və ödədiyiniz vergilərin kimlər tərəfindən haraya və necə xərcləndiyini bilmək sizin haqqınızdır. Sizin məlumat almaq azadlığınızın qarşısını bizim həbsimiz əngəlləyə bilməz. Biz araşdırmalarımıza davam edəcəyik. Sizdən ricamız olacaq ki, yaydığımız materialların daha çox insana çatması üçün onları paylaşasınız və paylaşımlar edərkən #freeUlviHasanli #AbzasMedia #azadmediasusdurulabilmez həştaglarından istifadə edəsiniz,” Abzas Media oxucularına müraciət edib.

Öz növbəsində hüquq mühafizə orqanlarından Ülvi Həsənlinin saxlanılmasının səbəblərini öyrənmək hələ mümkün olmayıb.

“Abzas Media” 2016-cı ildə bir qrup gənc vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən təsis edilib. “Abzas Media” ölkənin yüksək rəsmiləri, onların ailə üzvləri, yaxınları ilə bağlı çoxsaylı korrupsiya məzmunlu araşdırmaların müəllifidir.

Forum

XS
SM
MD
LG