Psixoloji sağlamlıq müdafiəçisi, keçmiş birinci xanım Rozalin Karter bazar günü Corciya ştatının Plains şəhərindəki evində 96 yaşında vəfat edib. Bu barədə Carter Center-in açıqlamasında deyilir.
Keçmiş prezident, 99 yaşlı Cimmi Karter və Rozalin Karter 77 il evli olub. Rosalin Karter Cek, Çip, Ceff və Emi adlı övladları; 11 nəvə və 14 nəticəsi var.
Carter Center tərəfindən yayımlanan bəyanatda keçmiş prezident Cimmi Karter bildirib ki, "Rosalin mənim indiyə qədər bacardığım hər şeydə tərəfdaşım olub. Ehtiyacım olanda mənə müdrikliklə yol göstərib, məni təşviq edib. Rozalin dünyada olduğu müddətdə kiminsə məni sevdiyini və dəstəklədiyini həmişə bilirdim”.
Keçmiş birinci xanım 2014-cü ildə Amerikanın Səsinə müsahibəsində etiraf etmişdi ki, Cimmi Karterlə uzun müddətli evliliyinin sirri “hörmət” olub.
"Biz bir-birimizə hörmət etmək başladıq. Mən onun edə biləcəyinə hörmət etdim və o, mənim edə bildiklərimə hörmətlə yanaşardı və o vaxtdan bu, həqiqətən gözəl bir tərəfdaşlıq oldu" - deyə, o, Amerikanın Səsinə bildirmişdi.
Rosali Karter dəniz karyerası zamanı ərinin ardınca gedib və üç oğul - Con "Cek" Karter, Ceyms Örl Karter III və ya "Çip" və Jeff dünyaya gətirir. Onların qızı Emi 1967-ci ildə anadan olub.
Ailə 1953-cü ildə Karterin fıstıq əkinçiliyi biznesi üçün Pleynsə qayıdanda, hətta əri 1962-ci ildə siyasətə qoşulmağa qərar verdikdən sonra da Rozalin Karter əkinçilik tədarükü biznesini idarə edir.
O, adi xaki şalvar yerinə bazar şalvarını geyindi və mən dedim ki, hara gedirsən, o isə ştat Senatına namizədliyini irəli sürəcəyini dedi”, o Amerikanın Səsinə bildirib.
Həmin seçkinin nəticələrinə etiraz etdikdən sonra Karter qalib gəlir və siyasi karyerasını 1970-ci ildə Georgiya qubernatorunun malikanəsi, 1977-ci ildə isə Ağ Evdə davam etdirir.
Ağ Evdə olduqları müddətdə Prezident Karter həyat yoldaşının administrasiyasındakı görkəmli rolunu təşviq edib, İsrail və Misir arasında müharibə vəziyyətinə son qoyan Kemp Devid sazişləri zamanı da daxil olmaqla, vəzifədə olduğu müddətdə ondan məsləhət istəyib.
Kemp Devid Sülh Sazişlərinin sevinci İrandakı girov böhranı ilə azalır və nəticədə Karterin 1980-ci ildə Respublikaçı Ronald Reyqana prezident seçkilərində məğlub olmasına səbəb olur.
Carter Mərkəzi cümə günü elan edib ki, keçmiş birinci xanım Pleynsdəki evlərində hospis baxımına keçib.
Karter Mərkəzinin bəyanatında deyilir ki, anım tədbiri və dəfn mərasiminin cədvəli daha sonra açıqlanacaq.
Forum