Accessibility links

Aİ Fələstinə yardımların HƏMAS-a getmədiyini, proqramların davam edəcəyini deyir


 Valdis Dombrovskis
Valdis Dombrovskis

Avropa İttifaqıı bildirib ki, HƏMAS-ın İsrailə 7 oktyabr hücumundan sonra fələstinlilərə verdiyi inkişaf yardımını nəzərdən keçirərkən, silahlı qruplaşmaya vəsaitin getdiyinə dair heç bir dəlil tapmadığını və yardımın davam edəcəyini bildirib.

Aİ fələstinlilərə bu kimi yardımların ən böyük təminatçısıdır. Qurum 2021-2024-cü illər üçün proqramları üçün 1,3 milyard dollar ayırıb.

Aİ-nin icra orqanı olan Avropa Komissiyası HƏMAS militantlarının İsrailin məlumatlarına görə, Qəzzadan İsrailə hücumunda 1200 nəfərin ölümündən və təxminən 240 nəfəri girov götürməsindən iki gün sonra araşdırmanı açıqlayıb.

Səlahiyyətlilər yoxlamanın Aİ pullarının HƏMAS-a getdiyinə dair hər hansı əlamətə malik olduqları üçün deyil, ehtiyat tədbiri olaraq sifariş edildiyini bildirib.

Komissiyanın icraçı vitse-prezidenti Valdis Dombrovskis deyib: “İcmalda Aİ pullarının HƏMAS terror təşkilatına birbaşa və ya dolayısı ilə fayda verdiyinə dair heç bir əlamət tapılmadı. İnkişaf yardımı Fələstin Administrasiyasında məmurların maaşlarının ödənilməsi və BMT-nin Fələstin qaçqınlar agentliyi UNRWA-nın işi kimi uzunmüddətli təsirə malik layihələr üçün istifadə olunur. Bu, qida, su və sığınacaq kimi zəruri ehtiyaclar üçün nəzərdə tutulmuş humanitar yardımdan ayrıdır.”

Dombrovskis jurnalistlərə bildirib ki, "İncələmə mövcud nəzarət sisteminin işlədiyini müəyyən edib. Nəticədə Fələstinli benefisiarlara və UNRWA-ya ödəniş heç bir gecikmə olmadan davam edəcək".

Bununla belə, komissiya bildirib ki, o, "cari kontekstdə mümkün olmayan" Qəzzanın infrastruktur layihələri üçün 82,5 milyon dollar ayırmaq planlarını davam etdirməyəcək. Bu vəsait indi başqa layihələrə gedəcək.

İsrail HƏMAS-ı məğlub etmək kampaniyası çərçivəsində 7 oktyabr hücumlarından sonra Qəzzanı ağır bombardmanlara tutub. Anklavın HƏMAS tərəfindən idarə olunan hökuməti bildirir ki, İsrailin hava hücumu və işğalı zamanı ən azı 13 300 fələstinli, o cümlədən ən azı 5600 uşaq öldürülüb.

Forum

XS
SM
MD
LG