Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi İranın BMT-nin ən təcrübəli və ixtisaslı müfəttişlərinin nüvə obyektlərinə girişinə icazə verməmək qərarını pisləyib.
Rafael Qrossi İran hakimiyyətinin qərarını agentliyin işinə “çox ciddi zərbə” adlandırıb.
Tehran bu addımla bağlı BAEA-nı sentyabrda məlumatlandırmışdı. Qurum o zaman bildirmişdi ki, İranın buna haqqı olsa da, onun həyata keçirilməsi misli görünməmiş və agentliyin işinə zərərlidir.
Qrossi mətbuat konfransında Tehran rəhbərliyinin bu addımının BAEA-nın İranda tam təftişlər aparmaq qabiliyyətinə nə dərəcədə təsir etdiyi ilə bağlı sualı cavablandırarkən deyib: “Bu, bizim imkanlarımıza çox ciddi zərbədir”.
O, Tehranı qərarını yenidən nəzərdən keçirməyə çağırıb.
BAEA nə qədər müfəttişin buraxılmasına icazə verilmədiyini açıqlamayıb, lakin rəsmilər bildiriblər ki, 100-dən çox müfəttişin kiçik faizini təmsil edən bir neçə müfəttiş olsa da, onlar BAEA-nın uranın zənginləşdirilməsi üzrə ən yaxşı ekspertləri sırasındadır.
Forum