Accessibility links

Bakıda tikinti materilları bazarında yanğın olub, bir nəfər ölüb


Bakıda tikinti bazarında yanğın (Mənbə: Fövqəladə Hallar Nazirliyi)
Bakıda tikinti bazarında yanğın (Mənbə: Fövqəladə Hallar Nazirliyi)

Noyabrın 23-də səhər saatlarında Bakının Dərnəgül şossesindəki tikinti materialları bazarında yanğın baş verib. Rəsmi məlumata görə, yanğın 4000 kvadrat metr ərazini əhatə edib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın təxminən 6 saatadək davam edib.

Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir ki, hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb. Eyni zamanda, yanğın zamanı sahibkar Razi Qasımov ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddəsilə cinayət işi başlanıb.

Forum

XS
SM
MD
LG