Accessibility links

Jurnalistlər "Abzas Media"nın işi üzrə şahid qismində dindirilib


Sahilə Aslanova və Nərgiz Absalamova
Sahilə Aslanova və Nərgiz Absalamova

Noyabrın 23-də jurnalistlər Sahilə Aslanova və Nərgiz Absalamova "Abzas Media" ilə bağlı açılan cinayət işi üzrə şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə çağırıblar.

Sahilə Aslanova 3 saat dindirilmədən sonra idarədən sərbəst buraxılıb. Jurnalistin sözlərinə görə istintaq sirri olduğu üçün dindirilmədə hansı sualların verildiyi barədə məlumat verə bilməz.

"Dedilər ki, yalan ifadə versəniz siz də məsuliyyətə cəlb olunacaqsınız. Mən də dedim başa düşürəm, amma yalan heç bir ifadə vermədiyimə görə problem yoxdur. Məhəmməd Kekalovla bağlı soruşdular, mən də dedim elə bir şəxs tanımıram. Soruşdular ki, niyə bu qədər müddətdir işləmirəm, dedim ölkədə iş yoxdur", o deyib.

Jurnalist Sahilə Aslanova Abzas Media işi ilə bağlı dindirilib
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Sahilə Aslanovanın vəkili Nemət Kərimli bildirib ki, müvəkkili istintaqdan yayınmaması barədə izahata imza atıb.

"Ölkədən çıxışına qadağa qoyulmayıb. Bundan sonra yenidən şahid kimi çağırılıb - çağırılmayacağını bilmirik" - deyə, vəkil qeyd edib.

Jurnalist Nərgiz Absalamovanın sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsindən Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs olunması ilə bağlı çağırıldığını desələr də sualların heç biri o istiqamətdə deyildi.

"Nə vaxtdan tanış olduğumuzu, daha çox "Abzas Media"nın fəaliyyəti ilə bağlı idi. Çox təəssüf ki, istintaq sirri olduğuna görə detal verə bilmirəm. Suallar hər şeyi açıqlayırdı. 4 saata yaxın dindirildim. Bir şeyə "bilmirəm" cavabını verəndə "yox, bilirsən" kimi cavab verirdilər. Eyni sualları fırladıb-fırladıb məndən cavab verməyimi istəyirdilər, yenə də deyirdim ki, bu haqda məlumatım yoxdur, niyə eyni sualı təkrar verirsiniz?" o bildlirib

Jurnalist Nərgiz Absalamova Abzas Media işi ilə bağlı dindirilib
please wait

No media source currently available

0:00 0:01:06 0:00

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.

Jurnalistlərin vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovun sözlərinə görə, onların hər ikisi məhkəmədə ittihamları rədd edib.

Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Vəkillər Elçin Sadıqov deyib ki, Sevinc Vaqifqızı xarici ölkədən noyabrın 21-də Azərbaycana gəlib.

"Mən məhkəmədə Vaqifqızının könüllü olaraq Azərbaycana gəlməsi barədə videonu nümayiş etdirdim. Qeyd etdim ki, ittihamın sübutu yoxdur. Aşkar edilmiş məbləğin mənbəyi, haradan gətirilməsi, yerli banklardan alınması barədə hər hansı sübut yoxdur. Yəni absurd bir fərziyyə ilə ittiham verdilər və məhkəmə də həbs qətimkan tədbiri seçdi" - deyə, Sadıqov qeyd edib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, Ülvi Həsənli məhkəmədə pulun ona aid olmadğını deyib və müdafiə tərəfi bunu sübut edən arqumentlərini irəli sürüb, lakin məhkəmə bunları nəzərə almayıb.

Noyabrın 20-də səhər saatlarında ictimai fəal Məhəmməd Kekalov da evindən zorakılıqla aparılıb.

DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Kekalov müvafiq cinayət işi üzrə məsuliyyətə cəlb edilib.

"Araşdırma aparılır. Kekalov polis orqanında saxlanılır. Əlavəm yoxdur", o deyib.

İctimai fəalın qardaşının məlumatında deyilir ki, Məhəmməd Kekalov saxlanılarkən polis heç bir məhkəmə qərarı təqdim etməyib.

"Onun kompüteri də daxil olmaqla şəxsi əşyaları müsadirə olunub. Anasını yaxınına buraxmadılar və evdən zorakılıqla çıxardılar", o bildirib.

Vəkil Rövşanə Rəhimlinin məlumatına görə, Elşad Hacıyev Məhəmməd Kekalovun hansı cinayət işi üzrə, hansı maddələrlə məsuliyyətə cəlb olunduğunu açıqlamayıb:

"Dedi ki, onun vəkili var. Mən də bildirdim ki, ailəsi mənimlə müqavilə bağlayıb. Ailəsinin yeni vəkil məsələsindən xəbəri yoxdur".

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Abzas Medianın ofisində axtarış zamanı 40 min avro müəyyən edərək götürüb. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı ittihamı qəbul etmir və "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG