Accessibility links

Jurnalistlər Elnarə Qasımova və Mina Əlyarlı "Abzas Media" ilə bağlı dindiriliblər


Elnarə Qasımova və Mina Əlyarlı
Elnarə Qasımova və Mina Əlyarlı

Noyabrın 23-də jurnalistlər Elnarə Qasımova və Mina Əliyarlı "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı, direktoru Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalovun həbsi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırıblar. Jurnalist Elnarə Qasımova bildirib ki, idarədə təxminən 2 saat dindirilib və həbs olunan jurnalistlərlə bağlı sorğu-sual edilib.

Jurnalist Mina Əlyarlı deyir ki, istintaq sirri olduğu üçün ətraflı məlumat verə bilmir.

"Suallar daha çox Sevinc Vaqifqızının fəaliyyəti, "Abzas Media"da görülən işlər, korrupsiya araşdırmaları kimi mövzularda idi", o deyib.

Noyabrın 23-də isə müvafiq cinayət işi üzrə jurnalistlər Sahilə Aslanova və Nərgiz Absalamova da BŞBPİ-də şahid qismində dindiriliblər.

Xatırlatma

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.

Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.

Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.

Jurnalistlərin vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovun sözlərinə görə, onların hər ikisi məhkəmədə ittihamları rədd edib.

Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı onlara qarşı ittihamı qəbul etmir və bunun "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG