Accessibility links

Məhkəmə Afiəddin Məmmədovu həbsdə saxladı


Afiəddin Məmmədov
Afiəddin Məmmədov

Noyabrın 27-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun həbs qətimkan tədbirinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Zibeydə Sadıqovanın məlumatına görə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə ictimai fəalın şikayəti təmin edilməyib.

"Afiəddin də bildirdi ki, o heç kəsi bıçaqlamayıb, heç kəsə qarşı nalayiq ifadə işlətməyib, tamamilə qurama bir işdir. Nə şahid var, nə sübut var, hadisə elə bir yerdə olub ki, heç bir kamera görüntüsü yoxdur. Olsaydı elə istintaq məhkəməyə təqdim edərdi və haqlı olduğunu bildirərdi. Çox təəssüf ki, məhkəmə bunları nəzərə almadı, hələ də Afiəddin həbsdə qalır", deyə vəkil bildirib.

Afiəddin Məmmədovun vəkili: Nə şahid var, nə sübut var...
please wait

No media source currently available

0:00 0:00:58 0:00

Vəkilin sözlərinə görə Afiəddin Məmmədovun sağlamlığı ilə bağlı yaranan problem hələ də aradan qaldırılmayıb:

"Həbs olunan zaman zərərçəkmiş kimi tanınan şəxs onun burnuna zərbə endirib. 2 həftədir ki, həkim müayinəsi ilə bağlı müraciət edib, bədəninin sağ tərəfində ağrılar var. Həmçinin, nəfəs ala bilmir, burnunda qırıq var, amma bu məsələyə də hələ baxılmır".

Noyabrın 15-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay da uzadılıb.

Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunublar və hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Fəalların üçü də özlərini təqsirli bilmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Hüquq müdafiəçiləri fəalların həbsini siyasi motivli hesab edir.

Hökümət nümayəndələri isə Azərbaycanda siyasi motivli həbslərin olmadığını bildirirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG