Accessibility links

Ərdəbildə çəkilmiş türkcə-farsca film kinoteatr ekranlarına çıxıb


Sagkosh (İtöldürən) filminin posteri
Sagkosh (İtöldürən) filminin posteri

Rejissor Hüseyn Nəsirinin Ərdəbilin kəndlərində çəkdiyi türkcə-farsca Sagkosh (İtöldürən) filmi böyük ekranlara çıxıb.

İranın xəbər agentliklərinə istinadən, “insanın təbiət və heyvanlara qarşı davranışı və məsuliyyətlərindən bəhs edən” kinofilm noyabrın 28-dən Ərdəbildə ‘sənət və təcürbə’ filmləri qismində böyük ekranlara çıxıb.

Prodüser və rejissor Hüseyn Nəsiri filmin əsasən “türkdilli vilayətlərdə nümayiş etdiriləcəyini” bildirib.

“İtöldürən filminin hekayəsi belə başlayır ki, ucqar bir kənddə itlə qəribə bir şəkildə öldürülür. Bölgə əhalisi isə bunun səbəbini axtarırlar... Filmin dili farsca və türkcədir və farsca altyazı ilə nümayiş olunur,” yarı-rəsmi Fars agentliyinin xəbərində bildirilib.

Filminin əsas rollarında Hüseyn Abidini, Rəhim Novruzi, Səba Cəlil Ağazadə, Vilayət Xubdel və Cəfər Xudabəndəli yer alıblar.

Keçən bir neçə ildə İran Azərbaycanında çəkilən türkcə filmlər İrandan əlavə Türkiyədə də kino tənqidçiləri tərəfindən geniş rəğbət və alqışla qarşılaşırlar. Daha əvvəl Amerikanın Səsinə müsahibə verən Rza Siyami hesab edir ki, “son illərdə İranda türkcə film istehsalı düşünüldüyündən daha sürətli və daha güclü bir şəkildə irəliləyib.”

Forum

XS
SM
MD
LG