Accessibility links

Qəzvində avtomobil satışı şirkətinin aldatdığını deyən vətəndaşlar aksiya keçirib


Qəzvində etiraz aksiyası (İran İşçilərinin Azad Birliyinin yaydığı videonun ekran görüntüsü)
Qəzvində etiraz aksiyası (İran İşçilərinin Azad Birliyinin yaydığı videonun ekran görüntüsü)

Qəzvində Rezayat Khodro adlı avtomobil satışı və icarəsi şirkətinin dələduzluğu nəticəsində pullarını itirdiklərini deyən çox sayda vətədaş cümə axşamı günü valilik binası önündə aksiya keçiriblər.

On minlərlə vətəndaşın bir neçə il əvvəl Qəzvin vilayətinin Takistan şəhərində fəaliyyətə başlayan şirkət tərəfindən aldadıldığı bildirilir. Pullarını itirən vətədaşlar bir neçə aydır davamlı şəkildə Qəzvində müxtəlif yerlərdə, o cümlədən valilik binası və vilayətin ədliyyə idarəsi önündə toplaşaraq mitinq keçirirlər.

Noyabrın 30-də valilik binası önündə keçirilən aksiya nisbətən dinc şəkildə başa çatıb. Lakin, keçən həftəki etirazda etirazçılar ilə polis qüvvələri arasında toqquşma yaşanmışdı və polis etirazçılara qarşı güc tətbiq edib, göz yaşardıcı qazdan istifadə etmişdi.

İran agentliklərinin bildirdiyinə görə, şirkət avtomobil ön satışı və Ponzi sxemi yolu ilə təxminən 600 milyard dollar pul əldə edib.

Zərərçəkənlər şirkətin dələduzluğu ilə əlaqədar bəzi qurumları və rəsmiləri günahlandırırlar. İran İşçilərinin Azad Birliyinin cümə axşamı günü keçirilən aksiyadan yaydığı videoda çox sayda etirazçının məsullara qarşı, o cümlədən Qəzvin valisi əleyhinə şüar səsləndirdikləri eşiddilir.

Bəzi mənbələr şirkət ilə İran İslam Qvardiyası (Sepah) arasında əlaqələrin olduğunu önə sürürlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG