Accessibility links

Zelenski işğala qarşı mübarizədə iştirak edən hər kəsə təşəkkürünü bildirib


Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 2-də Rusiyanın işğalı ilə mübarizədə Ukraynaya kömək edən hər kəsə, o cümlədən əsgərlər, Ukrayna fövqəladə xidmət əməkdaşları, Milli Polis, Milli Qvardiya və digərlərinə təşəkkür edib.

“Hər kəsin ümumi işə sadiq qalması vacibdir”, - deyə Zelenski gündəlik müraciətində bildirib: “Hər həftə insanın “mən ümumi müdafiəyə öz töhfəmi vermişəm” deyə bilməsi vacibdir.”

Ukraynanın Energetika Nazirliyinin Telegram-da verdiyi açıqlamaya görə, dekabrın 2-də səhər Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Zaporijjye AES-də elektrik enerjisi bir gün öncə kəsildikdən sonra bərpa edilib və bu, yenidən "nüvə fəlakətinin" qarşısını alıb.

“Bu, [Zaporijjye zavodunda] baş verən və nüvə fəlakətinə səbəb ola biləcək sayca səkkizinci işıq kəsilməsidir”, - deyə məlumatda bildirilir. Beynəlxalq Atom Enerjisi Agentliyi elektrik enerjisinin kəsilməsini və bərpa olunduğunu təsdiqləyib.

Stansiya keçən ilin martında Rusiya tərəfindən işğal edilib və artıq enerji istehsal etmir. Lakin isti konservasiya vəziyyətində olan dörd reaktorundan birini soyutmaq üçün elektrik enerjisinə ehtiyacı var.

Nazirlikdən bildirilib ki, elektrik şəbəkəsi kəsildikdən sonra zavod elektrik enerjisinə olan tələbatını ödəmək üçün 20 ehtiyat generatoru işə salıb.

Məlumata görə, yerli vaxtla səhər saat 7-də ukraynalı mütəxəssislər stansiyaya yenidən enerji verən 750 kilovatlıq xətti təmir ediblər.

Şərq cəbhələri

Ukraynanın şərqindəki Avdiivka və Marinka şəhərləri ətrafında döyüşlər davam edir, həm Rusiya, həm də Ukrayna irəliləyiş iddiasındadır. Ukraynanın Baş Qərargahı dekabrın 2-də bildirib ki, Rusiya qüvvələri Marinka yaxınlığındakı kəndlərə doğru irəliləmək cəhdlərində uğursuz olub, lakin şəhərdə qoşunların hərəkəti barədə heç nə deməyiblər.

Bir vaxtlar Rusiyanın nəzarətində olan Donetsk regional mərkəzinin cənub-qərbində yerləşən 10.000 əhalisi olan Marinka şəhəri Rusiyanın onu ələ keçirmək üçün demək olar ki, bir illik səylərindən sonra indi kabus şəhərə çevrilib. Orada dinc sakin qalmayıb.

Təxminən iki aya yaxındır ki, Rusiya qüvvələri Ukraynanın şərqində, Marinkadan 40 kilometr şimalda yerləşən Avdiivka şəhərinə hücum edir. Ukrayna deyir ki, onun qüvvələri Avdiivkaya nəzarət edir, baxmayaraq ki, toxunulmaz bina qalmayıb.

Ukrayna qoşunları keçən il şimal-şərqdən keçərək ərazilərin bir hissəsini geri qaytardılar, lakin iyun ayında şərq və cənubda başladılan əks-hücum yalnız kiçik irəliləyişlər əldə etdi.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi dekabrın 1-də ABŞ Konqresini ayın sonuna qədər Ukraynaya yardım göstərmək üçün təcili hərəkətə keçməyə çağırıb, bundan sonra Kyivə lazım olan yardımı göstərmək çətinləşəcək.

"Bizim bu yardıma dərhal ehtiyacımız var ki, onlara fasiləsiz şəkildə kömək edə bilək", Kirbi mətbuat brifinqində bildirib.

Kirbi deyib ki, Birləşmiş Ştatlar Rusiyanın ötən il olduğu kimi bu qışda da Ukraynanın kritik enerji infrastrukturunu məhv etməyə çalışacağını gözləyir.

Zelenski irəliləyişin ləng getdiyini etiraf edir, lakin müharibənin dalana dirənməsi ilə bağlı hər hansı fikri rədd edir.

O, gələn il müharibədə "konkret nəticələr" əldə etməyin yollarını müzakirə etmək üçün cümə günü hərbi komandanlığı ilə görüşdü.

Gecə videomüraciətində o, səfərbərlik üsullarının təkmilləşdirilməsindən danışıb.

Forum

XS
SM
MD
LG