Accessibility links

Pentaqon: Döyüş gəmisi və bir neçə ticarət gəmiləri Qırmızı dənizdə hücuma məruz qalıb


USS Carney Aralıq dənizində.
USS Carney Aralıq dənizində.

Dekabrın 3-də Qırmızı dənizdə ABŞ döyüş gəmisi və bir neçə ticarət gəmiləri hücuma məruz qalıb. Bu barədə məlumat verən Pentaqon İsrail-HƏMAS müharibəsi ilə əlaqəli Yaxın Şərqdə bir sıra dəniz hücumlarının potensial olaraq genişlənməsinə işarə etdi.

“Biz Qırmızı dənizdə USS Carney və kommersiya gəmilərinə edilən hücumlarla bağlı məlumatlardan xəbərdarıq və yeni məlumatlar əldə olunan kimi təqdim edəcəyik”, - deyə Pentaqon bildirib.

Britaniya ordusu daha əvvəl Qırmızı dənizdə pilotsuz təyyarə hücumu və partlayışların baş verdiyini bildirmişdi.

Pentaqon hücumun haradan gəldiyinə müəyyən etməyib. Bununla belə, Yəmənin husi üsyançıları Qırmızı dənizdəki gəmilərə silsilə hücumlar təşkil edir, həmçinin Qəzza zolağında HƏMAS-a qarşı müharibə aparan İsraili hədəf alan pilotsuz təyyarələr və raketlərlə hücumlar edirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG