Accessibility links

Azərbaycanın energetika naziri ilə ABŞ Dövlət katibinin köməkçisinin görüşü olub


Pərviz Şahbazov və Cefri Pyatt (Mənbə: Azərbaycan Energetika Nazirliyi)
Pərviz Şahbazov və Cefri Pyatt (Mənbə: Azərbaycan Energetika Nazirliyi)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb. Görüş Dubayda COP 28 çərçivəsində yaradılan Azərbaycanın milli pavilyonunda baş tutub.

Bu barədə Azərbaycan Enegetika Nazirliyi dekabrın 4-də məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə metan emissiyalarının azaldılması, Azərbaycanda quruda və dənizdə “yaşıl enerji” güclərinin yaradılması, hidrogen istehsalı və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə elektrik enerjisi və “yaşıl hidrogen”in ötürülməsi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib.

“2027-ci ilədək 1870 MVt həcmində bərpa olunan enerji güclərinin ölkənin enerji sisteminə inteqrasiya ediləcəyi, növbəti mərhələdə isə Avropaya ixrac məqsədilə dənizdə meqa istehsal güclərinin yaradılacağı, bu məqsədlə həyata keçirilən texniki-iqtisadi əsaslandırması başa çatdıqdan sonra tikinti prosesinin başlanacağı bildirilib. Söhbət zamanı Mərkəzi Asiya ölkələrinin Azərbaycan vasitəsilə bu dəhlizə qoşulması perspektivləri nəzərdən keçirilib. Azərbaycandan keçməklə Mərkəzi Asiyadan Avropa İttifaqına “yaşıl enerji” körpüsünün yaradılması ABŞ Dövlət katibinin köməkçisi tərəfindən maraqla qarşılanıb”, Energetika Nazirliyinin məlumatında qeyd edilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG