Accessibility links

Lənkəranda iki jurnalist saxlanılıb


Jurnalistlər Şəhla Kərim və Aytac Məmmədli
Jurnalistlər Şəhla Kərim və Aytac Məmmədli

Dekabrın 4-də müstəqil jurnalistlər Aytac Məmmədli və Şəhla Kərim Lənkəranda saxlanılıblar. Onlar polis əməkdaşları və icra hakimiyyətinin işçiləri tərəfindən psixoloji təzyiqə məruz qaldıqlarını bildiriblər.

Bu barədə jurnalistlər şəxsi Facebook səhifələrində yazıblar. Jurnalistlərin sözlərinə görə, onlar reportaj hazırlamaq üçün Lənkərana gediblər. İki gün əvvəl onlar yerli bazarda, bu gün dekabrın 4-də isə küçədə sakinlər arasında sorğu keçirərkən saxlanılıblar. Eyni zamanda, onlara xidməti vəsiqələrinin olmadığı və jurnalistlərin reyestrində adlarının olmadıqları bildirilib.

"Bizə çəkiliş aparmamaq göstərişini pozduğumuzu dedilər. Müstəqil jurnalist olduğumuzu və konkret KİV-lə işləmədiyimizi bildirdik" - deyə, Şəhla Kərim qeyd edib.

Jurnalistlər saxlanıldıqdan sonra Mənzil-İstismar İdarəsinə aparılıblar. Orada Lənkəran İcra Hakimiyyəti və polis əməkdaşları onlarla görüşüb.

"Bizə psixoloji təzyiq göstərilib, bizi kimin göndərdiyini deməyimiz tələb olunub, casus olduğumuz və s. deyilib. Aytacın telefonundan videogörüntüləri siliblər, mənim telefonumda vatsap yazışmamı oxuyublar. Daha sonra görüntüləri silmək üçün videokameraların yaddaş kartlarını götürüblər. Biz DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevə zəng etdikdən sonra kartları qaytarıblar" - deyə, Şəhla Kərim qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG