Accessibility links

SOCAR və ABŞ-ın “Boston Consulting Group” şirkəti arasında müqavilə imzalanıb


SOCAR və ABŞ-ın “Boston Consulting Group” şirkəti arasında müqavilə imzalanıb (Mənbə: SOCAR)
SOCAR və ABŞ-ın “Boston Consulting Group” şirkəti arasında müqavilə imzalanıb (Mənbə: SOCAR)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “Boston Consulting Group” (BCG) şirkəti arasında Əməkdaşlıq proqramının icrası ilə bağlı müqavilə imzalanıb.

SOCAR-ın dekabrın 4-də yaydığı məlumata görə, müqavilə SOCAR-ın prezidenti Rövşən Nəcəfin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP-28) iştirakı çərçivəsində imzalanıb.

“SOCAR prezidentinin BCG-nin qlobal sədri Riç Lesser ilə görüşündə şirkətlər arasında iqlim dəyişmələri, emissiya həcmlərinin qiymətləndirilməsi istiqamətlərində birgə layihələrin uğurla həyata keçirildiyi vurğulanıb, enerji keçidi, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib”, SOCAR-ın məlumatında deyilir.

BCG şirkəti 1963-cü ildə təsis edilib, biznes strategiyası sahəsində ixtisaslaşıb. Bu gün dünyanın 50-dən çox ölkəsində BCG-nin 90-dan çox ofisi fəaliyyət göstərir. “Boston Consulting Group” şirkəti 2022-ci ilin iyulunda Bakıda ofis açdığını elan edib.

Forum

XS
SM
MD
LG