Accessibility links

Azərbaycan və Rusiya xarici işlər nazirləri regionda sülh prosesini müzakirə edib


Ceyhun Bayramov və Sergey Lavrov (Mənbə: Rusiya Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Sergey Lavrov (Mənbə: Rusiya Xarici İşlər Nazirliyi)

Dekabrın 5-də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçirilib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov X sosial media platformasında yazıb ki, Moskvaya işgüzar səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov ilə hərtərəfli fikir mübadiləsi aparılıb.

“Biz Azərbayca və Rusiyanın əməkdaşlıq gündəliyini, regionda sülh prosesinin çağırışları və perspektivləri üzrə qarşılıqlı maraq doğuran məsələlərə toxunduq”, Bayramov qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, nazir Lavrov Rusiyanın Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib.

“2023-cü il oktyabrın 12-də Bişkekdə Rusiya və Azərbaycan liderləri MDB sammiti çərçivəsində çıxış edərək müttəfiqliyin və strateji qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə sadiq olduqlarını təsdiq ediblər. Cəmi üç gündən sonra Bakıda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iyirminci yubiley iclası keçirilib. 2023-cü il dekabrın 18-də Azərbaycan Hökumətinin başçısı Əli Əsədov MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasında iştirak edib. Dekabr ayının sonunda ənənəyə uyğun olaraq, Milad günlərinin əvvəlində Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək, biz ümid edirik ki, Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirak edəcək”, o qeyd edib.

Ceyhun Bayramov və Sergey Lavrovun görüşü (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Sergey Lavrovun görüşü (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Sergey Lavrov Rusiya və Azərbaycanın birgə layihələrindən də söz açıb.

“Bizim bir sıra iri layihələrimiz var: Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, enerji sektorunda və iqtisadi qarşılıqlı fəaliyyətin digər sahələrində bir çox başqa layihələr”, o qeyd edib.

Nazir həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlarını bildirib.

O deyib ki, Prezident İlham Əliyevin “3+3” (üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusu - Türkiyə, İran və Gürcüstan) Məşvərətçi Regional Platformasının yaradılması təşəbbüsü artıq formalaşmaqdadır.

“Bu həm də perspektivli formatdır. Bu istiqamətdə atılacaq addımlarla bağlı qiymətləndirmələrinizi eşitməyə şad olaram,” Lavrov qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG