Accessibility links

Ermənistan məhkəməsi Azərbaycan hərbçisini ömürlük həbsə məhkum edib


Erməmistan məhkəməsi bu ölkənin ərazisinə qanunsuz yolla keçərək “Zəngəzur Mis-Molibden Kombinatı”nın mühafizəçisi Ayrapet Meliksetyanı qətlə yetirməkdə təqsirli bilinən azərbaycanlı hərbi qulluqçu Hüseyn Axundovun cəzasını sərtləşdirib.

Ermənistan mediasının məlumatına görə, Apellyasiya Məhkəməsi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edib və Axundovu ömürlük həbs cəzasına məhkum edib.

O, bundan əvvəl 20 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun əsgərləri - Aqşin Bəbirov və Hüseyn Axundov 2023-cü il aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını bildirib.

Ermənistan məhkəməsi mayın 8-də Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.

Forum

XS
SM
MD
LG