Accessibility links

ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Makkarti istefasını elan etdi


ABŞ Nümayəndələr Palatasının iki ay öncə vəzifəsindən uzaqlaşdırılmış sabiq spikeri, respublikaçı Kevin Makkarti dekabrın 6-da elan edib ki, ilin sonunda Nümayəndələr Palatasındakı yerindən istefa edəcək.

Makkarti ABŞ tarixində vəzifəsindən uzaqlaşdırılan ilk spikerdir.

Sabiq spikerin ABŞ Nümayəndələr Palatasının növbəti seçkilərində yenidən namizədliyini irəli sürməyəcəyi ehtimal edilirdi. Yaranmış vəziyyət Nümayəndələr Palatasında kiçik fərqlə üstünlüyə malik olan Respublikaçılar partiyasının üstünlüyünü daha da azaldacaq.

Respublikaçılar partiyasını ABŞ Nümayəndələr Palatasında üstünlük əldə etməsində böyük rol oynamış Makkarti, seçkilərdən sonra partiya daxilindəki sərt xətt tərəfdarları ilə dil tapmaqda çətinlik çəkirdi.

Forum

XS
SM
MD
LG