Accessibility links

Azərbaycanda 5 bal gücündə zəlzələ olub


Azərbaycanda zəlzələ olub (Mənbə: Seysmoloji Xidmət Mərkəzi)
Azərbaycanda zəlzələ olub (Mənbə: Seysmoloji Xidmət Mərkəzi)

Dekabrın 7-də Azərbaycanda, Xəzər dənizində zəlzələ olub. Dağıntılar və xəsarət alanlar qeydə alınmayıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib ki, Bakı vaxtı ilə saat 8.16-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

“Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub”, məlumatda qeyd edilir.

Zəlzələ paytaxt Bakıda da hiss edilib. Çoxsaylı insan evlərini tərk edib. Hazırda ölkədə bütün infrastrukturlar adi qaydada fəaliyyətini davam etdirir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG