Accessibility links

Yaponiya Ukraynaya 4,5 milyard dollar vəd edib


Yaponiyanın Baş naziri Fumio Kişida bildirib ki, Yaponiya Rusiyaya qarşı müharibə üçün Ukraynaya 4,5 milyard dollar vəd edib, bunun 1 milyard dolları humanitar yardım üçün nəzərdə tutulub.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı gündəlik müraciətində deyib: "Yaponiya ölkəmizi və xalqımızı dəstəkləməkdə ardıcıl və çox prinsipialdır və mən bu köməyə görə minnətdaram". O, Yaponiyanın Ukraynanı dəstəkləmək qərarının "çox vaxtında verildiyini və buna çox ehtiyac duyulduğunu" bildirib.

Prezident Co Bayden dekarın 6-da Konqresin Respublikaçılarını Ukraynaya yeni hərbi yardıma çağırıb və xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna üzərində qələbəsi Moskvaya NATO müttəfiqlərinə hücum etmək imkanı verəcək.

Administrasiya rəsmisi bildirib ki, Vaşinqton dekabrın 6-da Kyivə 175 milyon dollarlıq əlavə hərbi yardım elan etməyi planlaşdırır.
"Putin Ukraynanı ələ keçirsə, bununla da dayanmayacaq" deyən Bayden, Putinin NATO müttəfiqinə hücum edə biləcəyini və daha sonra "Amerika qoşunlarının Rusiya qoşunları ilə döyüşə girəcəyini" vurğulayıb.

Bayden "Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik" deyib.
Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak çərşənbə axşamı deyib ki, Amerikanın Kyivə yardımının gecikdirilməsi Ukraynanın Rusiya ilə müharibədə uduzması təhlükəsi deməkdir.

Forum

XS
SM
MD
LG