Accessibility links

Sina Yusufi: Təbrizdə saxlanılan siyasi fəalların işinə baxan prokuror və hakimlər İran kəşfiyyatından əmr alır


Sina Yusufi
Sina Yusufi

Hüquqşünas və insan haqları vəkili Sina Yusufi Amerikanın Səsinə müsahibədə təqribən üç ay Təbrizdə kəşfiyyat şöbəsində sorğu-sual edilən siyasi fəallara qarşı tətbiq edilən təzyiqlər və qanunsuzluqlar haqqında danışıb.

Yusufi müsahibədə həmçinin son vaxtlar İranın müxtəlif şəhərlərində “Yaxşı əmələ əmr etmə” adı altında qadınların geyimləri ilə bağlı təzyiqlərin artmasını dəyərləndirib.

Sentyabr ayında Təbrizdə saxlanılan türk fəallar Əli Babayi, Cavad Sudbər, Davud Şiri, Araz İbrahimnejad, Seyyid Məhəmmədrza Müvəhhid, Murtuz Nurməhəmmədi Nadarlı, Əmirhüseyn Ağayi, Mehrdad Qadiri, Hüseyn Azadi, İbrahim Əvəzzadə və Nasir Rəzmcunun nəzarət müddəti bir neçə dəfə uzadılıb. Fəalların çoxu keçən günlərdə müvəqqəti olaraq sərbəst buraxılıb. Təbriz kəşfiyyat şöbəsində sorğu-sual edilən digər fəal Yürüş Mehrəlibəyli isə noyabrın 7-də həbs edilib.

Sina Yusufi: Təbrizdə saxlanılan siyasi fəalların işinə baxan prokuror və hakimlər İran kəşfiyyatından əmr alır
please wait

No media source currently available

0:00 0:13:11 0:00
Direct link

Sina Yusufi fəalların saxlanıldığı müddətdə ailələrinin onlardan xəbərsiz qaldığını vurğulayıb. O, o cümlədən Əli Babayinin əvvəllər bir dəfə ailəsi ilə telefonla danışdığını ancaq ondan sonra ailəsinin uzun müddət ondan heç bir xəbər ala bilmədiyi söyləyib.

Vəkilin dediklərinə görə, “sorğu-sual müddətinin uzun olması göstərir ki, kəşfiyyatın əlində fəallara qarşı dəlil olmayıb və onlara qarşı təzyiq və işgəncə tətbiq edərək dəlil yaratmağa çalışılıb.”

Müvəqqəti azadlığa buraxılan bəzi fəallar, eləcə də bəzi fəalların yaxınları onların kəşfiyyat təcridxanalarında ikən işgəncəyə məruz qaldığını bildiriblər.

Sina Yusufi Amerikanın Səsinə deyib ki, “əsasən uzun müddət sorğu-sual atında olmaq özü işgəncə sayılır. Yəni, ruhi işgəncə və ya ağ işgəncə deyirlər. Amma, bu fəallar cismi baxımdan da işgəncə olunub. Hətta bunların uzun saxlanılmalarının bir səbəbi də odur ki, işgəncələrin yeri düzəlsin. Yəni, azad olan fəalları da çox saxlayıblar ki, bədənlərində işgəncənin yeri getsin ki, bunlar eşiyə çıxanda şikayətə və ya tibbi ekspertiza mərkəzinə gedəndə bir şey tapılmasın.”

Keçən həftələrdən bəri sosial media istifadəçiləri İran Azərbaycanında siyasi fəalların məhkəmə işinə baxan bəzi vəzifəlilər haqqında məlumat paylaşırlar.

Yusufinin dediklərinə görə, bəzi məhkəmə rəsmiləri, o cümlədən hakimlər, prokurorlar və müstəntiqlər birbaşa İranın Kəşfiyyat Nazirliyondən əmr alırlar.

“Bəzi özəl dosyelər və ya təhlükəsizlik ittihamlarla bağlı və siyasi dosyelər Azərbaycanda özəl şöbələrə gedir. Təbrizdə biri 15-ci istintaq şöbəsidir ki, Seyyid Əli Musəvidir, bir də 7-ci prokurorluq şöbəsi yəni, prokuror köməkçisi Hadi Qəfuriyandır. Dosyelər bunların şöbəsinə gedəndə demək olar ki, bunların rəisi kəşfiyyat şöbəsidir. Yəni, kəşfiyyat bunlara əmr edir ki, məsələn bu şəxsləri bir ay daha saxlamalıyıq, 2 ay daha saxlamalıyıq,” insan haqları vəkili bildirib.

Sina Yusufi 2022-ci ilin sentyabr ayında İranda baş qaldıran geniş etirazlara diqqət çəkərək əlavə edib ki, “keçən ilki etirazlar zamanı məhkəmə dosyelərə çox artdı və bunlar məcbur oldular o özəl şöbələrdən əlavə başqa şöbələrə də iş versinlər. O, özəl şöbələr işlərə yetişə bilmirdi. Sonra, gördülər ki, o başqa şöbələrdən [tutulan etirazçılara qarşı] bəraət hökmü çıxır və sərbəst buraxılırlar, və ya dəlil olmadığı üçün qərar çıxarmadan işə xitam verilir...Yəni bu da göstərir ki, o özəl şöbələr əsasən bunun üçün tərbiyə olunublar ki, kəşfiyyatın nəzarətində xalqın hüquqnu pozsunlar.”

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG