Accessibility links

Britaniya Rusiyanın Ukrayanya raket hücumunun iflasa uğradığını deyir


Böyük Britaniyanın Müdafiə Nazirliyi dekabrın 10-da Ukrayna ilə bağlı gündəlik kəşfiyyat məlumatında bildirib ki, Rusiya Ukraynaya qarşı qış kampaniyasında istifadə etmək üçün “havadan buraxılan qanadlı raketlər ehtiyatı topladığını əminliklə demək olar”.

Nazirlik bildirib ki, raketlər dekabrın 7-də Kyivə və Ukraynanın mərkəzinə yönəlmiş “böyük zərbə dalğasında” istifadə edilib.

Britaniya nazirliyi dekabr ayında raketlərin buraxılışının Ukraynanın enerji infrastrukturunu pozmaq üçün nəzərdə tutulduğunu ehtimal edir. İlkin məlumatlara görə, Ukrayna onların əksəriyyətinin uğurla qarşısını alıb.

Britaniyanın hesabatına görə, havadan buraxılan qanadlı raketlərdən dəyən ziyan minimal olub, lakin zərbələr zamanı bir mülki şəxs həlak olub.

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Latın Amerikasına ilk səfərini edir. O, dekabrın 10-da Argentinanın yeni prezidenti Xavyer Mileinin andiçmə mərasimində iştirak etməyə hazırlaşır.

Forum

XS
SM
MD
LG