Accessibility links

Berlində minlərlə insan antisemitizm əleyhinə nümayiş keçirib


Almaniyanın iki ay əvvəl HƏMAS-ın İsrailə hücumundan sonra yəhudilərə qarşı insidentlərin artması ilə mübarizə apardığı bir dövr, dekabrın 10-da Berlində bir neçə min insan antisemitizm əleyhinə nümayiş keçirib.

Almaniyanın “dpa” xəbər agentliyinin verdiyi məlumata görə, polis Almaniya paytaxtında yağışda təxminən 3200 nəfərin toplaşdığını, təşkilatçıların isə bu rəqəmin 10 min olduğu dediyini bildirir. Nümayiş iştirakçıları Brandenburq qapısına doğru yürüş ediblər.

Almaniyada antisemitizmi izləyən qrup noyabrın sonunda bildirib ki, HƏMAS-ın hücumundan sonrakı ayda antisemitizm hadisələrinin kəskin artdığını sənədləşdirib və bütövlükdə 994 hadisənin qeydə alınıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 320% artım deməkdir.

Almaniyanın əsas yəhudi lideri Yozef Şuster “Almaniya cəmiyyətində antisemitizm adi bir təcrübədir” deyib və İsraillə və yəhudi həyatı ilə həmrəy olmağa çağırıb.

Almaniyanın əmək naziri Hubertus Heil bir çox dürüst insanların bu mövzuda çox sakit olduğunu söyləyib. "Bizə dürüst, amma səssiz çoxluq lazım deyil - bizə sonra deyil, indi ayağa qalxan aydın və yüksək səs çoxluğu lazımdır", deyə Heil bildirib.

Geniş dəstək qazanan numayişə Almaniya parlamentinin spikeri və Berlin meri də dəstək verib.

Forum

XS
SM
MD
LG